Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" turnirinə start verilir
17.07.2009 [10:27]
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti və Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev “Excelsior” otelinin “Afurja” zalında birgə mətbuat konfransı keçiriblər. Tədbirdə 17-19 iyulda Bakı İdman Sarayında keçiriləcək Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsi haqqında məlumat verilib.
“Qızıl Qran-pri” turnirinin artıq 4 ildir ki, keçirilməyə başlandığını xatırladan Rafael Martinetti bildirib ki, Avropa və Dünya çempionatları arasındakı müddətdə keçirildiyi üçün turnir ilk 2 ildə o qədər də populyar olmayıb. Amma “Qızıl Qran-pri” turnirinin üstün cəhəti odur ki, bu yarışda ilk iki mərhələnin yekununda güləşçiyə reytinq balları verilir. FİLA prezidenti qeyd edib ki, bu səbəbdən yarış Avropa və Dünya çempionatlarından sonra güləşdə üçüncü populyar yarış sayılır.
Rafael Martinetti “Qızıl Qran-pri” turnirinin mükafat fondu barədə də danışıb. Hər bir qızıl medala görə 10 min, gümüş medala 5 min, bürünc medala 3 min dollar mükafat verilir. Müasir dövrdə idmanın peşəkarlaşdığını söyləyən FİLA prezidentinin sözlərinə görə, yüksək peşəkarlığa malik idmançının hər yarışda iştirakını təmin etmək üçün stimullaşdırıcı vasitə kimi ona pul mükafatı vermək lazımdır: “Mənim həmyerlim Roje Federer tennisdə il ərzində 45 milyon dollardan çox pul qazanır. Bizim güləşçilərə verdiyimiz bu məbləği isə kiçik bir hədiyyə kimi qəbul etmək olar”.
FİLA prezidenti bu il keçirilmiş Avropa çempionatında 2008-ci ilin yekunlarına əsasən yunan-Roma növündə “ilin ən güclü güləşçisi” seçilən azərbaycanlı Rövşən Bayramova “qızıl güləş ayaqqabısı” mükafatının verilməməsinə də aydınlıq gətirib. O, yenə də tennislə müqayisə aparıb: “Roje Federerin təkcə “Rolan-Qarros” turnirində qızıl medal qazanması o demək deyil ki, o, ilin ən güclü tennisçisidir. Güləşdə də belədir. Bunun üçün Avropa, Dünya çempionatları və “Qızıl Qran-pri” turnirlərində də iştirak etmək lazımdır. Bu yarışların nəticəsində xallar yığılmalı və qalib müəyyənləşməlidir. Ruslar buna qarşı çıxmışdılar, deyirdilər ki, olimpiadada medal qazananlar ilin idmançısı seçilməlidirlər. FİLA-nın 2 rusiyalı üzvü bu qərarın əleyhinə çıxıb, digər üzvlər isə qərarı dəstəkləyib. Mənim rusiyalı üçqat olimpiya çempionu Buvaysar Saytiyevə böyük hörmətim var. Amma Aleksandr Karelin və Aleksandr Medved də ilin ən güclüsü ola bilməyiblər. Bir neçə dəfə olimpiya çempionu olsalar da, ilin idmançısı seçilə bilməyiblər”.
O, “qızıl güləş ayaqqabısı” mükafatının sentyabrda keçiriləcək Dünya çempionatında verilə biləcəyini istisna etməyib. Rafael Martinetti AGF-in fəaliyyətindən də razılığını bildirib: “Əvvəllər gənc güləşçilər yetişmirdi, ofis də yox idi. Ancaq bu dəfə Dünya Kubokunda, Avropa çempionatında böyük uğurlara imza atılıb. Bu uğurda da Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı, AGF prezidenti Fazil Məmmədovun güləşə can yandırması böyük rol oynayıb. İnkişaf baxımından AGF dünyada ən yaxşı federasiyadır. Güləşdə kütləviliyə nail olmaq üçün artıq jurnal buraxılıb, bütün regional bölmələrə paylanılmaq üçün DVD-lər hazırlanıb”. O, hər dəfə Bakıya gələndə böyük dəyişikliklər gördüyünü söyləyib: “Bakı bir neçə ildən sonra Rio-de-Janeyroya çevriləcək”.
FİLA prezidenti mətbuat konfransında güləş qaydalarına da toxunub. Onun sözlərinə görə, əvvəllər yarışlar 3 dəqiqə olmaqla 3 dövrə olub. FİLA hissələrin sayını 2-yə endirib, hər dövrə də 2 dəqiqəyə qədər azaldılıb. Əgər bu 2 dövrənin hər birində idmançılardan biri qalib gəlibsə, o halda 3-cü dövrə keçirilir: “Hazırda yeni qaydalarda yeganə narazılıq doğuran məqam hər hissənin sonunda xallar bərabər olan zaman, püşk atılmasıdır. Ona görə də FİLA qərara alıb ki, 2012-ci il London Olimpiadasından sonra bu məsələyə baxaq”.
AGF I vitse-prezidenti Namiq Əliyev deyib ki, “Qızıl Qran-pri” turnirinin final mərhələsi sentyabrda Danimarkada keçiriləcək Dünya çempionatına yollanacaq Azərbaycan yığma komandalarının heyətini müəyyənləşdirmək baxımından böyük əhəmiyyətə malikdir: “Əsas hədəfimiz London Olimpiadasında daha layiqli çıxış etməkdir”.
Federasiya rəsmisi turnirə bütün hazırlığın başa çatdığını bildirib.
Mətbuat konfransından sonra FİLA prezidenti R.Martinetti, turnirin təşkilat komitəsinin sədri, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və onları müşayiət edən şəxslər Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

