Bakıda boks üzrə Dünya çempionatı keçirilir
27.04.2010 [09:43]
“Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə Dünya çempionatının təntənəli açılış mərasimi olub. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanıb. Bu, ilk növbədə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir.
Beynəlxalq Həvəskar Boks Federasiyasının (AIBA) prezidenti çinq Kou Vu çempionatın yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan Boks Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirib, gənc boksçulara idman uğurları arzulayıb və layiq olanların yüksək pilləyə qalxacağına əminliyini vurğulayıb. Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov deyib ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. ölkəmiz dünya idmanının inkişafına da öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq idman yarışlarının, qitə və dünya çempionatlarının Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən, Olimpiya oyunlarında uğurla çıxış ediblər.
Mayın 4-dək davam edəcək gənclər arasında boks üzrə Dünya çempionatı ilə bağlı mətbuat konfransı da keçirilib. Konfransda çıxış edən AİBA prezidenti çinq Kou Vu yenidən Bakıya gəldiyindən məmnun olduğunu bildirib. Qeyd edib ki, ötən il Azərbaycan paytaxtında keçirilmiş “AİBA Prezidenti kuboku” uğrunda beynəlxalq turnir ABF tərəfindən çox yüksək səviyyədə təşkil edildiyinə görə, qurum gənclər arasında Dünya çempionatının təşkilatçılıq hüququnu da Azərbaycana verib. Gənclərin Dünya çempionatının idmançılar üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan çinq Kuo Vu deyib ki, bu mundial 2010-cu ildə Sinqapurda keçiriləcək gənclər arasında ilk Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün yeganə lisenziyalı turnirdir. O, AİBA-nın təşəbbüsü ilə həyata keçirilən “Bakıya gedən yol” layihəsi çərçivəsində kasıb ölkələrin Azərbaycan paytaxtında keçirilən Dünya çempionatında iştirakının təmin olunmasında ABF-nin xidmətlərini yüksək qiymətləndirib.
Azərbaycanda boksun səviyyəsinin çox yüksək olduğunu vurğulayan ABF-in birinci vitse-prezidenti Ağacan Abıyev çempionatda idmançılarımızın uğurla çıxış edəcəklərinə əminliyini və boksçularımızın hər çəki dərəcəsində medallara iddialı olduğunu bildirib.
Qeyd edək ki, çempionatın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Azərbaycanlı idmançı Elvin İsayev ilk görüşdə israilli rəqibi Roy Xarmatsa qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. O, növbəti mərhələdə Babur Aytbayevlə (özbəkistan) üz-üzə gələcək. 69 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov nepallı Rohan Pradhanı Bakıya gəlməyə peşman edib. 1 dəqiqə 5 saniyəyə rəqibini “istirahətə” göndərən həmyerlimiz ikinci döyüşdə Tolqa Doğanla (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.
Dünən boksçularımızdan Teymur Məmmədov (81 kq) və Hacıbaba Hacıbabayev (91 kq) rinqə çıxıblar. Məmmədov ispaniyalı Rain Karlsonla, Hacıbabayev Ukraynanı təmsil edən erməni Armen Simonyanla üz-üzə gəlib. çempionatda ümumilikdə 96 ölkədən 500 idmançı iştirak edir. Yarışda boksçular 11 çəki dərəcəsində mübarizə aparırlar.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

