Bu qələbə sənə çox yaraşır "Bursaspor"
19.05.2010 [10:07]
ötən ilin sonlarına doğru “Təşəkkürlər Bursa, təşəkkürlər Orxan qazinin torunları!” başlıqlı yazının qələmə alınması heç də təsadüfi deyildi. çünki düşmənlərimizin fəallaşdığı, türklüyün uğurlarını həzm edə bilməyən “qara qüvvələrin” “bir millət iki dövlət” olan Azərbaycanla Türkiyənin arasına nifaq salmaq üçün hərəkətə keçdiyi həmin vaxt Bursa və bursalılar, daha dəqiq desək, Orxan qazinin torunları tariximizə “qara ləkələrin” düşməsinə imkan vermədi. Bəzi güclərin “Türkiyə Azərbaycan davasından vaz keçir” tipli təxribatçı informasiyalarının yayıldığı həmin müdhiş anlarda türk xalqının səsi Bursada daha dolğun, daha açıq və daha konkret şəkildə eşidildi.
Türkiyə-Ermənistan oyunu və Azərbaycan bayrağı
Məlumat üçün qeyd edək ki, ötən il oktyabrın 14-də Bursanın Atatürk stadionunda Türkiyə və Ermənistan milli futbol komandaları arasında oyun oldu. Ermənistan prezidenti Serj Sarkisyanın da tamaşa etdiyi bu oyundan öncə və sonra yaşananlar isə Türkiyə-Azərbaycan qardaşlığına ziyan vuracaqlarını düşünən qüvvələrin nə qədər yanıldıqlarını ortaya qoydu. Daha doğrusu, matçdan bir neçə gün öncə Bursa valisi stadiona Azərbaycan bayrağının buraxılmasına yasaq qoysa da, bursalıların təzyiqlərinə tab gətirməyərək, sonradan qərarını ləğv etdi. Bununla belə, oyuna 5-6 saat qalmış FİFA Türkiyə və Ermənistan bayrağından başqa istənilən bayrağın stadionda dalğalandırılmasını yasaq etdi. Bu proseslərə etiraz edən Azərbaycan Mədəniyyət Dərnəyi və “Hamımız Mehmetik” təşkilatı tərəfindən 10 min Azərbaycan bayrağı Bursa Atatürk stadionu qarşısında paylanıldı. Azərbaycan Mədəniyyət Dərnəyinin Bursa şöbəsinin müdiri Handan Askeran Ton oktyabrın 14-də bursalıları ev və iş yerlərinə Türkiyə və Azərbaycan bayraqları asmağa çağırdı və həmin tarixdə bütün Bursa üçrəngli Azərbaycan bayraqlarına büründü. Evlərdə, küçə və meydanlarda, hətta ticarət obyektlərində belə Azərbaycan bayrağı dalğalandı. Eyni zamanda, 3500 polisin nəzarət etməsinə, güclü yoxlanış tədbirlərinin reallaşdırılmasına baxmayaraq, Azərbaycandan və Türkiyədən olan gənclər stadiona Azərbaycan bayraqlarını keçirməyə müvəffəq oldular.
Bursalıların Azərbaycan sevgisi
Sözügedən tarixdə bursalıların timsalında türk xalqının Azərbaycan sevgisini isbatlayan daha bir hadisə haqqında yayılan informasiyalar isə bizi daha da qürrələndirdi. Həmin məlumatda deyilirdi ki, Bursa Atatürk stadionuna planerlə (küləyin gücü ilə hərəkət edən kiçik motorsuz təyyarə) Azərbaycan bayrağını endirmək planının qarşısı isə qabaqcadan alınıb. Bunu “Milliyet” qəzetinin nüfuzlu yazarı Taha Akyol yazmışdı. Onun sözlərinə görə, FİFA tərəfindən Azərbaycan bayrağının yasaqlanmasından sonra Bursada Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü olan bir qrup gənc planer icarəyə götürərək bununla stadionun ortasına enmək və Azərbaycan bayrağını açmağı planlaşdırıbmış. Lakin Bursa polisi və şəhər rəhbərliyi bundan xəbər tutaraq son anda bu tədbirin qarşısını alıb.
Həmin vaxt yazımızda onu da vurğulamışdıq ki, əslində, Bursada yaşananlar-söhbət, bəzi rəsmilər istisna olmaqla, 7-dən 77-dək bütün bursalıların Azərbaycan bayrağına olan sevgi və Azərbaycan türklərinə göstərilən qardaş sədaqətindən gedir-təbiidir. çünki Bursada Osmanlı, türk ruhu yaşayır. Yəni, müasir Bursanın, müasir bursalıların Azərbaycan sevgisi əsrlərin o tayından gələn genetik bir sevgidir. Bu sevgi özündə bir də dünyaya idarəçilik dərsi keçmiş Osmanlı qüdrətini, dostunu düşmənindən ayırd edə bilən, düşmənin gözlərinin içinə baxmağa qadir olan Osmanlı cəsarətini, xoş günündə də, dar günündə də qardaşını tək buraxmayan Osmanlı sədaqətini cəmləşdirir. Bu ruhun daşıyıcıları olan bursalılara - Orxan qazinin torunlarına təşəkkürlər etmək yerinə düşər. Onlar bu addımları ilə Osmanlı dövlətinin ilk paytaxtlarından biri olan, bu dövlətin siyasi, iqtisadi, ictimai, mədəni həyatında önəmli dərəcədə rol oynayan Bursanın müasir zaman kəsimində tarixə türklüyün məğlubiyyət rəmzi kimi düşməsinə imkan vermədilər. Bursada bir türk ruhu, bir Azərbaycan ruhu hiss edildi.
“Bursaspora” qələbə təbriki
Bütün bunlardan dolayı “Təşəkkürlər Bursa, təşəkkürlər Orxan qazinin torunları!” dedik və Bursa əhlinə öz minnətdarlığımızı çatdırdıq. Bu günlərdə isə bursalılar qədər bizləri də sevindirən bir hadisənin şahidi olduq. Belə ki, Orxan qazinin yurdunu təmsil edən “Bursaspor” futbol klubu tarixində ilk dəfə superliqanın qalibi olub. Baş məşqçi Ərtuğrul Sağlamın komandası “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor”dan sonra Türkiyə çempionluğuna qovuşan 5-ci komanda ünvanına sahib çıxıb. Bununla da, “Bursaspor” 26 il sonra (26 il əvvəl bu titula “Trabzonspor” sahib olub-N.A) çempionluq kubokunu Anadoluya aparıb və növbəti mövsümdə Türkiyəni birbaşa çempionlar Liqasının qrup mərhələsində təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, 1963-cü il iyunun 1-də rəsmən əsası qoyulan “Bursaspor” futbol klubu rənglərini Uludağın ağ qarından və təbiətin yaşılından alıb. Beləliklə, həm “yaşıl-ağ”lar, həm də “timsahlar” kimi tanınan “Bursaspor” futbol klubu 1963-64 mövsümündə Türkiyənin ikinci liqasının “Bəyaz qrupu”nda mübarizəyə qoşulub və bu vaxta kimi bir neçə dəfə Türkiyəni Avropa miqyaslı oyunlarda da təmsil edib.
Bir sözlə, baş məşqçi Ərtuğrul Sağlamın komandası bununla bir tarix yazmış oldu. Bu, eyni zamanda, bursalıların yazdığı bir qələbə tarixidir. Bizlər də “Bursaspor”un və bursalıların sevincinə şərik olduğumuzu vurğulamaqla yanaşı, “Bu qələbə sənə çox yaraşır Bursa” deyirik. İnanırıq ki, öz gücünü türklüyün qəhrəmanlıq tarixindən, Orxan qazinin yenilməzliyindən və türkiyəli, azərbaycanlı bütün azarkeşlərin dəstəyindən alan “Bursaspor”un qələbə seriyası davam edəcək. Əminik ki, bu komanda Türkiyəni və Türk dünyasını çempionlar Liqasında şərəflə təmsil edəcək.
P.S. Azərbaycanlı azarkeşlər ifadəsini təsadüfən işlətmədik. Bu gün Azərbaycanda “Bursaspor” azarkeşləri olaraq bizlər bu komandanın yeni-yeni qələbələr qazanmasının şahidinə çevrilmək arzusu ilə yaşayırıq. Eyni zamanda, yaxın vaxtlarda Azərbaycandakı “Bursaspor” azarkeşləri olaraq bir fan-klub təsis etmək niyyətindəyik.
“Yeni Azərbaycan”ın bursasporluları adından Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18

