"İdmanla məşğul olan qadınlarda güclü xarakter formalaşır"
29.02.2024 [10:06]
Qadınların müxtəlif idman növləri ilə məşğul olması xalqımızın adət, ənənə, mentaliteti baxımından hər zaman mübahisə predmeti olub. Lakin sevindirici haldır ki, son zamanlar ölkəmizdə zərif cinsin nümayəndələri arasında bu sahəyə maraq göstərənlərin sayı artıb, onlar beynəlxalq arenalarda ölkəmizi layiqli şəkildə təmsil edirlər. Elə bu günki müsahibimiz də, bir çox ölkələrdən uğur qazanmış, Dünya və Avropa çempionu, taekvandoçu Fəridə Əzizovadır. Beləliklə müsahibəmizi təqdim edirik.
- Fəridə xanım, ilk öncə oxuculara özünüz haqqında qısa məlumat verərdiniz.
- Mən Fəridə Əzizova, Dünya və Avropa çempionu, Azərbaycan Atletlər komissiyasının sədr müavini, Daxili İşlər Nazirliyinin İdman cəmiyyətinin təlimçisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi.
- İdman sahəsində olmasaydınız, hansı sahəni seçərdiniz?
- Bütün ömrünü idmana həsr eləyən bir insan kimi bu sualı cavablandırmaqda çətinlik çəkirəm, amma düşünürəmki bu, idmanla əlaqəli olmasaydı, çox gümanki insanların təhlükəsizliyini təmin edən və onların hüquqlarını qoruyan bir sahə olacaqdı.
- Sizcə xanımlarımız ən çox nəyə görə idmanla məşğul olmalıdır?
- Düşünürəm ki, idmanda cinsiyyət ayrılığı etmək düzgün deyil. Atalarımız demişkən "sağlam bədəndə sağlam ruh olar". Düzdü bunu tam olaraq profesianal idmana şamil etməsək də, ən azından hər bir kəs idmanla məşğul olmalıdır, deyə düşünürəm. Çünki idman nəinki fiziki tərəfdən insanı güclü edir, eyni zamanda özünə inamı da artırır. Bu çox önəmli məqamdır. Çünki özünə inamın varsa, qarşına qoyduğun məqsədlərə çatmağın da asanlaşır. Bunu dünya miqyasında mütəxəssislər da təsdiqləyib ki, idmanla məşğul olmaq beyin hüceyrələrinin inkişafında da özünü biruzə verir.
- Öncəki illərlə müqayisədə hazırda ölkəmizdə xanımların idmana marağı hansı səviyyədədir?
- İstər professional, istərsə də həvəskar olaraq idmanla məşğul olan qadınlarımız çoxalıb. Bu, çox sevindirici haldır.
- Bəs bir qadın üçün bu sahənin üstünlükləri və çətinlikləri nədən ibarətdir?
- Düşünürəm ki, bu, insana görə dəyişir. Söhbət sırf profesional idmandan gedirsə, ilk öncə çətinliklərdən danışaq. Çətinliklər ondan ibarətdir ki, idmançılar gündə 2 və ya 3 dəfə məşq edirlər və bu məşqlər çox ağır rejimdə keçir. Bura yarış öncəsi stress, az bir müddətdə çox çəki salmaq, travma və ağrılara baxmayaraq hər gün səhər saat 7-dən, axşam saat 9-a qədər davam edən eyni rejim və s aiddir. Müsbət cəhətləri odur ki, bütün bu çəkilən əziyyətlərin sonunda bütün dünyada dövlətini uğurla təmsil edib, vətənə qalib kimi dönürsən. Bayrağımızı ucaldarkən, səslənən dövlət himnimizin sədaları altında qürur hissi keçirəndə anlayırsan ki, aylarla, illərlə çəkdiyin hər əziyyətə dəyər.
- Artıq neçə ildir idmanla məşğul olursunuz, karyeranızı nə dərəcədə uğurlu hesab edirsiniz?
- Artıq 23-cü ildir idmanla məşğulam. 23 ilin hər ayında ən azı 2 dəfə yarışlara yollanırıq. Dünyanın 40-dan çox ölkəsində vətənimizi təmsil edib, saysız hesabsız medallar gətirmişəm.
- İdman sahəsindəki bəzi xanımlar ailə qurduqdan sonra karyeralarını bitirirlər. Bu barədə fikirləriniz?
- Bunu normal hal kimi qəbul edirəm. Ailə qurandan sonra qayğılar artır. Xalqımız digər xalqlardan fərqli olaraq, daha çox ailəyə bağlıdır və hər bir şeyi qurban verməyi gözə alır.
- Bir xanım üçün uyğun görmədiyiniz idman növü hansıdır? Və səbəb?
- Mənim şəxsi fikrimcə qadınlar bodybuildinglə məşğul olmamalıdırlar. Nəzərə alsaq ki, istənilən növ idman (həvəskar şəkildə az bir müddətdə idmanla məşğul olduqda belə) həm qadın, həm kişilərdə əzələ böyüyür. Bu qeyd elədiyim idman növündə daha qabarıq və məqsədli şəkildə olduğu üçün fikrimcə qadınlara uyğun deyil.
- Son olaraq bu sahəyə yeni addım atan xanımlara nə demək istəyərsiniz?
- İdman çox çətin bir yoldur və bu yolda addımlayarkən hər şeydən öncə çox səbirli olmalısan, çünki bəzən bir nəticəni əldə etmək üçün minimum 10 ilini ala bilər. Əgər bütün çətinliklərə baxmayaraq əzimkarlıq göstərib sonuna qədər fasilə vermədən çalıssan, gec-tez idman səni hər cəhətdən mükafatlandırıb, əziyyətinin bəhrəsini verəcək. Ən əsası İdman qadında güclü bir xarakter formalaşdırır ki, bu da öz növbəsində gələcək həyatında lazım olan əsas amillərdən biridir.
Söhbətləşdi: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03

