Qızıl niyə bahalaşıb?
21.05.2024 [10:50]
Dünya bazarlarında qızılın qiyməti son bir həftə ərzində rekord həddə bahalaşaraq sənaye tarixində ilk dəfə bir troya unsiyası 2400 dollara yaxınlaşıb. Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın qiyməti ilə yanaşı, alıcılıq qabiliyyəti və tələblər də yüksəlib. Qızılın spot qiyməti heç vaxt bu satış əmsalına yüksəlməyib, 2022-ci və 2023-cü ilin əvvəllərində artım müşahidə olunsa da, bu qiymətli metalın unsiyası 1800 dollardan yuxarı olmayıb. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2023-cü ildə mərkəzi bankların xalis qızıl alışı əvvəlki illə müqayisədə 50%-dən çox artaraq 700 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat 4% artaraq 3,5 min tonu ötüb.
Bu qiymətli metalın qiymətinin artmasına bir çox amillər təsir göstərir ki, onlardan birincisi dünyanın səhm və qiymətli kağızlar bazarının şəksiz lideri olan ABŞ-ın monetar alətlərdə etdiyi dəyişikliklərdir. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı salması bu metalın birja indekslərində artımları alovlandırır. Nyu-York əmtəə birjasında (NYMEX) qızılın 1 troya unsiyasının dəyəri 2378 dollara çatıb ki, bu da apreldəki orta qiymət olan 2382 dollardan 6 dollar daha baha satış deməkdir.
Baş verənlər qızıla həm investisiya kimi qlobal marağın artmasını, həm də bu sənaye sahəsinin investorlar üçün daha cəlbedici olmasını stimullaşdırır. Qızıla investisiya aləti kimi beynəlxalq investorların bu marağının artması pul və səhmlərlə nisbətdə bu qiymətli metalın maliyyə-investisiya bazarlarında üstünlüyünü də önə çıxarmağa başlayıb. Belə ki, qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızıla investisiya qoymağı indi daha məqsəduyğun sayır, eləcə də dünyanın iri şirkətləri, suveren fondları öz yığımlarını dollar və avro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesab edirlər. İnvestorların əvvəlki illə müqayisədə bu qiymətli metala tələbatı ən azı 10% artıb.
Qızılın qiymət dalğalanmalarında geosiyasi amillərin də təsiri az rol oynamır. Qlobal miqyasda baş verən mürəkkəb geoiqtisadi proseslər və müxtəlif siyasi hadisələrin qızılın qiymətinin artıb-azalmasında təsiredici rolu müxtəlif vaxtlarda özünü göstərir. Məsələn aprel ayında ABŞ-ın və Avropanın Mərkəzi banklarının investisiya bazarında tələbin artması, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yardımların ayrılmasından qaynaqlanan gərginliklər və digər geosiyasi proseslər aprelin sonlarında bu sarı metalın qiymətinin unsiyasının 2450 dollara yaxınlaşmasına səbəb olmuşdu. May ayında isə mülayim iqtisadi və siyasi proseslər fonunda qızıl yenidən 2 faiz ucuzlaşıb.
Amma bütün bunlara rəğmən qızıl investisiya aləti və yığım vasitəsi kimi digər maliyyə alətlərindən daha sərfəliliyini qoruyub saxlayır. Xüsusilə də son illərdə davamlı olaraq pul və digər qiymətli kağızların qızıla investisiya edilməsi də bunu təsdiqləyir.
ABŞ-ım investisiya bazarlarında və birjalarında ənənəvi bir sindrom hələ də qalmaqdadır, FED faiz dərəcələrini artırdıqda qızılın qiyməti ucuzlaşır, faiz stavkasını aşağı salanda isə qızıl bahalaşır. Beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in proqnozlarına görə, ABŞ hökumətinin 2024-cü ilin ikinci yarısında uçot dərəcələrini bir qədər də endirəcəyi istisna deyil, xüsusilə də payız aylarında ölkədə Prezident seçkiləri ilə bağlı siyasi mübarizənin artması, daxili siyasətdəsə gərginliklərin davam etməsi hökuməti aşağı faiz dəhlizinə fokuslanmağa məcbur edəcək. Bu isə qızılın yüksək dəyərinin sabitliyini saxlayacağını söyləməyə əsas verir.
Mövcud ssenarilər Azərbaycan üçün əlverişlidir. Bu səbəbdən Azərbaycanın Dövlət Neft Fondundakı, həm Mərkəzi Bankdakı, həm də “Azərgold”un balansında olan qızıl ehtiyatlarının həcmi artırılır. Qızıl rezervlərinin saxlandığı əsas mənbələrdən biri olan Dövlət Neft Fondunun (DNF) investisiya portfelinin 15%-ə qədəri 101,8 ton (3.272 unsiya) qızıl investisiyalarıdır. Bu baxımdan qızılın bahalaşması Neft Fondunun qızıl ehtiyatlarının dividend gəlirlərinin də yüksəlməsini təmin edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

