Sosial fərq aradan qalxır...
08.06.2024 [10:40]
Hərbçilərin pensiyası artırılır, həm də sosial təminatı yaxşılaşdırılır
Milli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında qanun” layihəsinə dəyişikliklər ikinci oxunuşda qəbul edilib. Özündə dörd istiqaməti ehtiva edən dəyişiklərdən biri də hərbçilərlə bağlıdır. Yeni dəyişikliklərə əsasən, hərbi xidmət dövründə xəstələnmə səbəbindən sağlamlıq imkanları 81-100 faizi məhdudlaşan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, əlilliyi olan hərbi qulluqçulardan xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq təminat xərcliyinin - 60 faizi, orqanizmin funksiyalarının 61 - 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 55 faizi, orqanizmin funksiyalarının 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 35 faizi miqdarı həcmində əmək pensiyası ödənilir.
Digər dərəcələr arasında 20 faiz fərq olduğu halda, orqanizmin funksiyalarının 61 - 80 faiz və 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında 5 faiz fərq mövcuddur. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların orqanizmin funksiyalarının 81 - 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, müvafiq təminat xərcliyinin 100 faizi, 61 - 80 faiz pozulmasına görə 80 faizi həcmində əmək pensiyası ödənilir. Burada isə şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında 20 faiz fərq var.
Qanunvericilikdə aparılan dəyişikliklərdən sonra bu sosial fərq aradan qalxmış olacaq və ədalətin və analoji yanaşmanın tətbiq edilməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində olmaqla bərabər əmək pensiyası ödənilməsi mümkün olacaq. Nəticədə hərbi xidmət zamanı xəstələnmə səbəbindən sağlamlıq imkanı məhdudlaşan keçmiş hərbi qulluqçuların peniyası onların təminat xərclərinin 60 faizindən deyil, 70 faizindən hesablanacaq ki, bu da onların pensiyasının ən azı 10 faiz artmasına səbəb olacaq.
Yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatının daha da gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Hərbçilərin pensiya təyinatı ilə bağlı elektron sistem üzərindən hansısa sənədləri tərtib etməsinə, müfaviq sənədlərlə bağlı arayışlar almasına heç bir ehtiyac və zərurət olmayacaq. E-sistem özü baza məlumatlarında onlar barəsində toplanmış bütün informasiyaları emal edərək adiyyatı qurumun hesabına inteqrasiya edir ki, hərbçilərin hansısa prosedurları doldurmasına ehtiyac qalmır. Bu isə təminatla bağlı proseslərin şəfaflığının təmin olunması, qısa zamanda pensiya təminatı üçün imkanlar deməkdir.
Hərbçilərin pensiya təminatının yaxşılaşdırılması dövlətin yürütdüyü sosial siyasətin əsas prioritetlərindən biridir və davamlı olaraq bu sosial kateqoriyanın rifahı üçün addımlar atılır. Bir neçə ay əvvəl də onların pensiya təminatı ilə bağlı mühüm qərarlar qəbul edilməsi də bunu təsdiqləyir. Belə ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minən “Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, hərbçilərin pensiyaya çıxma müddəti 20 ildən 25 ilə qaldırılıb və dəyişikliklər də onların gələcək sosial təminatlarının daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Belə ki, pensiya təminatı ilə bağlı sosial normaların əmsalları artırılıb və hərbi qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılıb. Bu o deməkdir ki, hərbçilər pensiyaya çıxanda qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz təşkil edir. Nəticədə indiki məbləğlə götürdükdə onun pensiyasında ən azı 250-300 manat fərq olacaq. Habelə, 25 ildən yuxarı hərbi xidmətin hər ilinə görə, təminat xərcinin əmsalı digər qurumlarda 2 faiz olmasına baxmayaraq, hərbi qulluqçular üçün 3 faiz əmsalla götürülür. Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da pensiyasına həmin dövrün hər ili üçün 1 faiz əlavə əmsal hesablanır.
Dəyişikliklərə əsasən, 2024-cü il yanvarın 1-dək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilər 20 il tamam olduqda pensiyaya çıxa biləcəklər. Yəni onların 25 il xidmət müddəti keçməsinə ehtiyac olmayacaq. Əgər onlar 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazanmaq istəsələr, müvafiq qurumlar onların bu seçimini nəzərə alaraq əlavə xidmət keçməsinə də şərait yaradacaq.
Onu da nəzərə almaq lazımdır ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişikliklər, təkcə, xidmət müddətinin artırılmasını nəzərdə tutmur, hərbçilərin sosial hüquqları ilə bağlı əlavə imtiyazları da özündə əks etdirir. Mövcud qanuna əsasən, ali təhsil müəssisələrində demək olar ki, qiyabi təhsil mövcud olmadığından Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçular mülki ali təhsildən kənarda qalır, ancaq dəyişiklikdən sonra, hərbi qulluqçular müvafiq icra hakimiyyəti oqranının rəsmiləşdirilmiş icazəsi olduqda onlar mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Göründüyü kimi “Əmək pensiyaları haqqında” qanunlara edilən dəyişikliklərin hər biri optimallaşdırıcı xarakter daşımaqla hərbçilərin gələcək sosial rifahı üçün əlavə təminatlar verir.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

