90 faizi paytaxtda, 10 faizi rayonlarda...
11.06.2024 [10:43]
İpoteka kreditlərinin coğrafiyası həm də iqtisadi rayonlardakı maaş fərqinə görə dəyişir
2024-cü il yanvarın 1-nə Azərbaycanda ipoteka kreditləşməsinin regionlar üzrə təsnifatı açıqlanıb. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) məlumatına əsasən, hesabat dövrünə ölkədə tələbdən artıq girov qoymanı istisna etmədən ipoteka kreditlərinin ümumi həcmi illik müqayisədə 11,4 artaraq 3 milyard 301 milyon manata çatıb.
İpoteka kreditlərinin 90,6 faizi və ya 2 milyard 989,381 milyon manatı Bakının payına düşüb ki, bu da, illik müqayisədə 12,1 faiz çoxdur. Regionların payı isə 10 faizdən də aşağıdır. Sumqayıt və Gəncə şəhərlərini çıxsaq, rayonlarda ipotekaya çıxış demək olar ki, yox dərəcəsindədir. Belə ki, ipoteka kreditlərinin 5,2 faizi Sumqayıtın, 2,1 faizi Gəncənin payına düşür. Yerdə qalan 2,2 faiz nisbətində kreditlər respublikamızın digər rayonlarının payıma düşür ki, bu da maliyyə məbləği baxımından 72,9 milyon manat deməkdir. Ölkə üzrə ümumilikdə 3,3 milyard manat həcmində ipoteka portfelinin cəmi 72 milyon manatının rayonlarda cəmləşməsi bölgələrdə ipoteka sisteminin zəif işləməsini göstərir.
İpoteka kreditlərinin əsas etibarilə paytaxtda cəmləşməsinin başlıca səbəblərindən biri burada maaşların məbləğinin daha yüksək olmasıdıdr. Bölgələrdə yaşayan insanların əməkhaqqısı ilə paytaxtdakı çalışanların əməkhaqqı arasındakı fərqlə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin aprel ayına qədər olan dövrdə Bakı şəhərində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı təxminən 1243,7 manat təşkil edib. Paytaxtın rayonları arasında da maaş fərqləri mövcuddur və ən yüksək əməkhaqqı Pirallahı və Səbail rayonundadır, təxminən 2100-2250 manata bərabərdir. Sonrakı yerlərdə Qaradağ, Xəzər, Xətai, Nəsimi, Nizami, Nərimanov rayonlarıdır. Paytaxtın ən az maaşla təmin olunan rayonu Binəqədidir (819 AZN). Ümumilikdə, Bakı şəhərində ən yüksək maaş neft və sənaye, bank-maliyyə, rabitə sahələrindədir.
Rayonlarda isə əmək haqqının məbləğinə görə daha yaxşı olan rayonlar filiz və qızıl yataqlarının yerləşdiyi Daşkəsən (955 manat) və Gədəbəy (750 manat) rayonlarıdır. Sumqayıt və Şuşa da yaxşı əməkhaqqı ilə təmin edilən rayonlardandır. Başqa rayonlarda orta aylıq əməkhaqqı təxminən 550-650 manat arasında dəyişir. Ən az maaş olan rayonlar isə Qax, Balakən, Xızı və Beyləqandır, burada orta aylıq əməkhaqqının məbləği təxminən 450-550 arasındadır.
Sözsüz ki, əməkhaqqının yuxarı və aşağı olması amili paytaxtda daha çox ipotekaya çıxışı stimullaşdırır. Çünki ipoteka kreditlərinin geri ödənilməsi imkanları paytaxtda daha dayanqılıdır, bölgələrdə isə 500 manatla sözsüz ki, ipotekanın aylıq ödənişini aparmaq çətindir. Məsələ ondadır ki, ipotekadakı bu nisbət balansı bölgələrdə mənzil tikintisinə də marağı azaldır. Çünki ipotekaya tələb artdıqca mənzil inşaatı da artır, paytaxtda tikintinin çoxalmasına da bu amillər təsir göstərir.
Yeri gəlmişkən, İpoteka və Kredit Zəmanət Fondu 2023-cü ili 23,2 milyon manatdan çox mənfəətlə başa vurub ki, bu da fondun maliyyə imkanlarının daha da yaxşılaşmasına işarə edir və ipoteka kreditləşməsi üçün vəsait təminatının artırılmasında əlverişli maliyyənin mövcudluğunu göstərir. Üstəlik son bir ildə Fondun kredit portfelinin 17,4 faiz böyüməsi ipoteka vəsaitləri əldə edənlərin sayının artmasını təsdiq edir.
Bütün bunlar bir daha Fondun kredit coğrafiyasının paytaxtdan regionalara yönləndirilməsi və sosial kateqoriyaların durumu nəzərə alınmaqla ipotekanın şərtlərinin regionlar üzrə yumşaldılması zərurətlərini də aktuallaşdırır. Qeyd edək ki, bölgələrdə yaşayan müxtəlif sosial kateqoriyaların ipotekaya əlçatanlığıının təmin edilməsi uzun müddətdir ki, müzakirə olunur. Bununla bağlı “İpoteka haqqında” qanuna yeni dəyişikliklər layihəsi də hazırlanıb və Milli Məclisə təqdim olunub. Dəyişikliklər əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq məqəsdilə ipoteka kreditlərinə çıxışın asanlaşdırılmasını nəzərdə tutur və müxtəlif sosial kateqoriyaların kredit alması imkanlarının sadələşdirilməsi təklif olunur. Belə ki, digər sahələr üzrə çalışanların ipoteka götürməsi üçün şərtlərin yumşaldılması, həmçinin, bölgələrdə yaşayanlara verilən ipoteka ilə paytaxtdakı ipoteka kreditləri arasında fərq tətbiq edilməsi təkliflər sırasındadır. Həmçinin, regionlarda yaşayan gənclərin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət vəsaiti hesabına güzəştli mənzillərin inşa edilməsi və onlara daha sərfəli kredit paketinin tətbiq olunması, eləcə də bəzi sosial qruplar üzrə ipoteka kreditlərinə çıxışın asanlaşdırılması üçün bəzi təkmilləşdirmələrin aparılması da təklif olunur.
Bu siyasətin gerçəkləşməsi üçün maliyyə imkanları yetərlidir, İpoteka və Kredit Zəmanət Fondunun mövcud maliyyə portfeli imkan verir ki, bölgələrlə paytaxt arasında fərqli ipoteka şərtləri tətbiq olunsun. Bunun üçün beynəlxalq ipoteka bazarlarındakı vəziyyəti və təcrübənin öyrənilməsinə də zərurət vardır. Nəticədə bu təkliflərin öz həllini tapması bu kreditlərdən faydalana biləcək şəxslərin dairəsinin genişlənməsinə və yeni ipoteka məhsullarının tətbiqinə səbəb ola bilər. Bu baxımdan sözügedən qanun layihəsində nəzərdə tutulan təkliflərin qəbul olunması ipotekanın əsas tərəfdaşı olan vətəndaşların mənafeyinə xidmət etməklə, ümumi ipoteka siyasətinin yumşalmasına imkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

