Bakıda keçirilən “Neft, qaz və media” beynəlxalq konfransı başa çatıb
20.09.2012 [16:20]
Dünən Bakıda keçirilən “Neft, qaz və media” beynəlxalq konfransı başa çatıb.
AzərTAc xəbər verir ki, konfrans Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilib.
Dünyanın 27 ölkəsindən 200-dən çox media nümayəndəsinin qatıldığı beynəlxalq konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji tərəfdaşları arasında əlaqələri inkişaf etdirməkdən, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarət idi.
Beynəlxalq konfransın ikinci iş günündə BMİ-nin icraçı direktoru xanım Alison Betel MakKenzinin moderatorluğu ilə keçirilən sessiyada “Financial Times” qəzetinin reportyoru Tom Burgis, “New Vision”un jurnalisti Co Nem, Ukraynanın “Nida işarəsi” televiziyasının aparıcısı Artyom Şevçenko və “Azərpress” (Azərbaycan) agentliyinin baş redaktoru Aidə Sultanova məruzə ilə çıxış ediblər.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək bildirib ki, burada həm tədqiqatçılar, həm də jurnalistlər üçün çox dəyərli fikirlər səslənib. Bu, jurnalistlərin gələcək fəaliyyətində onlara yardımçı ola bilər. “Neft heç vaxt hökumətlərin və ayrı-ayrı şirkətlərin sərvəti deyil. Bu, ümumilikdə xalqın sərvətidir və hər bir vətəndaşın rifahında öz ifadəsini tapmalıdır”, - deyən V.Əliyev qeyd edib ki, bunun üçün şəffaf sistem fəaliyyət göstərməlidir. Bu şəffaf sistemi də təmin edən ən güclü struktur jurnalistikadır. Hakimiyyətlərin də əsas vəzifəsi ondan ibarətdir ki, jurnalistlərə maksimum dərəcədə cəmiyyəti məlumatlandırmaq üçün imkan yaratsın. Bu, qanunlarla da ola bilər. Misal üçün, Azərbaycanda 2005-ci ildə informasiya əldə etmək haqqında qanun qəbul olunub və bu qanuna əsasən neft şirkətinin jurnalistikadan, cəmiyyətdən gizlədə biləcəyi, ya xidməti hesab edəcəyi heç bir məlumat yoxdur. Bütün məlumatlar verilməlidir, jurnalistlər də onu media vasitəsilə ictimaiyyətə çatdırmalıdır. Bundan başqa, 2000-ci illərin əvvəllərində Azərbaycanın 1 milyard dollar dövlət büdcəsi vardısa, bu gün 25 milyarddır. Bu gün Azərbaycanın 40 milyard dollardan artıq valyuta ehtiyatı var. Bu gün Azərbaycanda məhsul istehsalının 80 faizi qeyri-neft sektorunun payına düşür. Yəni Azərbaycan hakimiyyətinin prioriteti ondan ibarətdir ki, neftdən əldə olunan gəlir hesabına iqtisadiyyatın digər sektorlarını inkişaf etdirsin. Azərbaycanda infrastruktur tamamilə yenidən qurulur. Son 3 ildə Azərbaycanda 2 min 200 yeni məktəb tikilib, yüzlərlə poliklinika, xəstəxana, mədəniyyət ocaqları, abidələr, teatrlar, muzeylər inşa olunub. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə də qoşulub. Azərbaycanın neftdən əldə olunan vəsaitinin toplandığı Dövlət Neft Fonduna həm vətəndaş cəmiyyəti, həm də beynəlxalq audit şirkətləri tərəfindən nəzarət olunur. Onun fəaliyyəti və hesabatları ilə sayt vasitəsilə tanış olmam mümkündür. Bir sözlə, jurnalistlərin normal fəaliyyət göstərmələri üçün ölkəmizdə bütün imkanlar var. Burada əsas məsələ isə jurnalistlərin məsuliyyətidir.
Sonrakı sessiyalarda isə “Azad Azərbaycan International” televiziya kanalının rəhbəri Azər Xəlilovun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Vitali Bəylərbəyovun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Mikayıl Cabbarovun, “Forbes” (ABŞ) jurnalının reportyoru Kaşmir Hillin, “Reuters” informasiya agentliyinin (Böyük Britaniya) müxbiri Tom Bergin, “OpenOil”-un (Almaniya) araşdırmaçı əməkdaşı Zara Rahmanın iştirakı ilə maraqlı diskussiyalar aparılıb.
Sessiyalarda bildirilib ki, Bakının yerləşdiyi Abşeron yarımadasında neft çıxarılmasının qədim tarixi var. XIX əsrin sonunda isə Bakının “Qara qızıl paytaxtı” kimi şöhrəti bütün dünyaya yayılmışdı. Sovet hakimiyyəti illərində də Azərbaycan ittifaq miqyasında ən çox neft hasil edən respublika idi.
Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra onun təşəbbüsü ilə Azərbaycanda neft sənayesinin inkişafı istiqamətində tarixi əhəmiyyət daşıyan addımlar atılıb. Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edən yeni neft strategiyasının uğurları ilbəil artır. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış bu strategiyanın reallaşdırılmasından əldə olunan gəlirlər ölkəmizin maliyyə dayaqlarının getdikcə möhkəmlənməsinə səbəb olur. Bu da öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə imkan yaradır.
Tədbirdə “Əsrin müqaviləsi”in imzalanmasından keçən müddət ərzində görülmüş işlər vurğulayıb, qeyd edilib ki, yeni neft strategiyası hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Tanınmış neft mütəxəssislərinin, alimlərin və media nümayəndələrinin iştirak etdikləri sessiyalarda, həmçinin şirkətlərin və hökumətlərin geniş ictimaiyyətlə hansı informasiyaları bölüşməli olmalarından, bu informasiyanın necə və nə zaman yayılmasının vacibliyindən, eləcə də bu istiqamətdə sosial medianın önəmindən ətraflı danışılıb.
Sessiyalarda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, Azərbaycanın neft və qaz sənayesi ilə bağlı, həyata keçirilən və gələcəkdə reallaşdırılacaq yeni neft layihələri haqqında filmlər və slaydlar nümayiş olunub.
Bununla da beynəlxalq konfrans işini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14

