Dünya Bankı Azərbaycanla Tərəfdaşlıq Çərçivəsi hazırlayır
17.07.2024 [10:40]
Azərbaycan hökuməti Dünya Bankı (DB) ilə etibarlı və uzunmüddətli əməkdaşlıq strategiyası çərçivəsində qarşıdakı illərə dair yeni hədəfləri müəyyənləşdirib. DB ölkəmizin inkişaf prioritetlərinə uyğun olaraq 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlayacaq. Ötən gün Azərbaycanın Baş naziri Əli Əsədovla Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru, xanım Roland Prays ilə görüşündə bu məsələyə toxunulub və fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir olunub və DB-nin ölkəmizlə COP29 çərçivəsində əməkdaşlıq perspektivlərinə də toxunulub.
Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması ilə bağlı müzakirələr Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında keçirilən görüşdə də əsas diqqət mərkəzində olub. Bankın regional direktoru ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrini davam etdirəcəyini, yeni gündəlikdə yer alan bərpaolunan enerji və “yaşıl iqtisadiyyat”a keçid prosesində öz maliyyə donorluğunu göstərəcəyini diqqətə çatdırıb.
Azərbaycanın yeni inkişaf prioritetləri və çağırışlarını əks etdirən Ölkə Tərəfdaşlıq Çərçivəsi Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının müasir Yol Xəritəsidir və uzunmüddətli strateji prioritetlərinə və regional və qlobal sınaqların fonunda qısa, orta və uzunmüddətli ehtiyaclara əsaslanır. Sənədin əsas fundamental istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sütunları üzərində dayanıqlı iqtisadi artımların təmin edilməsi, şaxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktura və daha güclü institutlara investisiya yatırımlarının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlığının gücləndirilməsindən ibarətdir. Ümumilikdə, ÖTÇ-nin əsas məqsədi və qayəsi idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir.
Dünya Bankı (DB) yeni islahatların Azərbaycanın uzunmüddətli inkişafında, xüsusilə də qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafda töhfəverici rol oynayacağını da proqnozlaşdırır. Bankın bir müddət əvvəl “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozları yeniləyib. Sənəddə qeyd edilir ki, 2024-2026-cı illərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı ümidverici proqnozlar qorunub saxlanılacaq, ümumi daxili məhsul (ÜDM) istehsalı cari ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə iqtisadi artımın 2,4 faiz artacağı proqnozlaşdırılır.
DB ilə Azərbaycan arasında əməkdaşlığın gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” sahəsində yeni layihələrin icrası da dayanır. Dünya Bankı Qrupunun əsas maliyyə strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumu bu sahədə ilkin sərmayə proqramı hesab edilə bilər.
Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini bəyan edib. Ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə bir müddət əvvəl keçirilən görüşdə COP29 və iqlim maliyyələşdirməsinə dair tərəfdaşlıq imkanları barədə də müzakirə aparılıb. Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani qeyd edib ki, ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, COP29 tədbiri ilində Azərbaycanın yaşıl sektorlarına sərmayə qoyuluşları nəzərdən keçiriləcək və bankın donorluğu təmin olunacaq.
DB Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyaların qoyuluşunda açıq olduğunu bəyan edib. Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirakını etmək marağını ifadə edib.
DB, həmçinin, bərpa olunan enerjinin ixracında və regional “yaşıl enerji” dəhlizinin yaradılmasında da maliyyə təminatçısı olmaq niyyətini bəyan edib. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmaq niyyətini bəyan edib. Bankın TransXəzər “yaşıl enerji” dəhlizinin maliyyə təchizatçısı kimi donorluq imkanları da istisna deyil.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

