Azərbaycanda nağdsız ödəniş sisteminin inkişaf perspektivləri
07.12.2012 [03:56]
Bu mövzuda keçirilən “dəyirmi masa”da qeyd olunub ki, nağdsız ödənişlərin genişləndirilməsi dövlətimizin maliyyə-iqtisadi siyasətinin əsas hədəflərindən biri olaraq qalır
“Vergilər” qəzetinin təşkilatçılığı ilə “Azərbaycanda nağdsız ödəniş sisteminin inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev görüşü giriş sözü ilə açaraq vurğulayıb ki, nağdsız ödəniş sisteminin inkişafı bütün dünyada yüksək mədəniyyət göstəricisi, şəffaflığın təmin olunması və vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin mühüm elementlərindən biri kimi qəbul edilir.
“Dəyirmi masa”da çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib ki, Azərbaycanda mütərəqqi ödəniş sisteminin formalaşdırılması istiqamətində aparılan islahatlar nəticəsində nağdsız ödəmələrin genişləndirilməsi üçün müasir banklararası hesablaşmalar sistemi, həmçinin, ödəmələrin elektron daşıyıcılar, o cümlədən, plastik kartlar vasitəsilə şəffaf və təhlükəsiz şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb.
Onun sözlərinə görə, nağd pul kütləsinin ümumi pul dövriyyəsində xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 7-10 faiz arasında olduğu halda, ötən ilin məlumatına əsasən, bu göstərici Azərbaycanda 51 faiz təşkil edib. Bu da onu göstərir ki, nağdsız ödənişlərin genişləndirilməsi dövlətimizin maliyyə-iqtisadi siyasətinin əsas hədəflərindən biri olaraq qalır.
Natiq qeyd edib ki, hazırda respublikamızda nağdsız ödənişlərin inkişafını, o cümlədən, POS-terminalların tətbiqini təmin edən 10-a yaxın normativ-hüquqi akt qəbul olunub. Bununla belə, elektron ödəniş vasitələrinin tətbiqi heç də problemsiz deyil. Hələ də bəzi bankların və təsərrüfat subyektlərinin POS-terminalların tətbiqinə az maraq göstərməsi və əhalinin nağd ödənişlərin aparılmasına daha meyilli olması müşahidə edilir. A.Musayevin fikrincə, bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərdən istifadə etməklə, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə göstərilən problemlərin aradan qaldırılmasına nail olmaq mümkündür.
İdarə rəisi onu da bildirib ki, Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan təkliflər paket halına salınaraq Nazirlər Kabinetinə təqdim olunub. Bu dəyişikliklərin bir qismi ölkədə nağdsız dövriyyənin genişləndirilməsinə xidmət edir.
Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov isə deyib ki, 2012-ci ilin aprel ayından vergi və rüsumların plastik kartlar vasitəsilə ödənilməsi layihəsi reallaşdırılır: “Qısa müddətdə artıq 100 mindən çox transaksiya həyata keçirilib, onların ümumi məbləği 70 milyon manatı ötüb. Lakin hələlik ölkəmizdə nağdsız ödənişlərin həcmi arzu olunan səviyyədə deyil. Bu isə bir neçə amillə şərtləndirilə bilər. Əsas amillərdən biri kimi alqı-satqı əməliyyatları zamanı kartlardan istifadə ilə bağlı stimullaşdırıcı tədbirlərin hələlik çox az olmasını göstərmək mümkündür. Bu, nağdsız ödənişlərin həcminin artırılmasını ləngidir”.
Bildirilib ki, 2012-ci il oktyabrın 4-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” təsdiq edilib: “Həmin qərara əsasən, 2015-ci ilə qədər respublikanın bütün kənd və qəsəbələrində POS-terminalların tətbiqinin başa çatdırılması nəzərdə tutulur. Hazırda POS-terminallar quraşdırılacaq obyektlərdə vergi ödəyicilərinə bildirişlərin xüsusi proqram tərəfindən avtomatik göndərilməsi üzərində işlər davam etdirilir və bu proses yaxın günlərdə başa çatdırılacaq”.
Çıxış üçün söz alan Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı bildirib ki, son 10 ildə Mərkəzi Bank tərəfindən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan islahatlar nəticəsində ölkədə beynəlxalq standartlara cavab verən Milli Ödəniş Sistemi infrastrukturu fəaliyyət göstərir: “Bütövlükdə, ödəniş sistemlərində 2012-ci ilin 9 ayı üzrə emal edilmiş ödənişlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 84.423 milyon manat təşkil edib. Ötən ilin III rübünün göstəriciləri ilə müqayisədə banklar tərəfindən dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı 10 faiz artaraq 4,92 mln. ədədə, bankomatların sayı 8 faiz artaraq 2224 ədədə, POS-terminalların sayı isə 2 dəfədən çox artaraq 36.702-yə çatıb”.
V.Qurbanlı ölkə başçısının bir sıra müvafiq fərmanlarına uyğun olaraq verilmiş tapşırıqların vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə Mərkəzi Bankda “Hökumət Ödəniş Portalı”nın yaradıldığını, müvafiq dövlət orqanlarının fəal iştirakı ilə bu istiqamətdə fəaliyyətə başlanıldığını da diqqətə çatdırıb: “Layihənin ilkin mərhələsində Vergilər və Maliyyə nazirlikləri, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi və Dövlət Sosial Müdafiə Fondu “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuşdur. Hazırda Daxili İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin daxili informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər görülür”.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, son illər internet xidmətlərinin tariflərinin aşağı salınması, yeni layihələrin həyata keçirilməsi, dövlət qurumlarında İKT-nin tətbiqinin genişləndirilməsi, elektron xidmətlərlə bağlı ciddi tədbirlərin görülməsi nağdsız ödəniş sisteminin inkişafına təkan verir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov isə deyib ki, maliyyə əməliyyatlarının nağdsız formada aparılması, pulun alıcıdan satıcıya plastik kartlarla, bank vasitəsilə ödənişi istehlakçılara müəyyən üstünlüklər verir: “Nağdsız ödəniş sistemindən istifadə istehlakçıları külli miqdarda nağd pul vəsaitini özü ilə gəzdirmək məsuliyyətindən azad edir, ticarət zamanı əlavə vaxt itkisini aradan qaldırır. Bundan əlavə, nağdsız hesablaşmalar kart vasitəsilə həyata keçirildiyindən, bütün əməliyyatların dəqiq uçotunun aparılması mümkün olur, vergiyə cəlb olunan gəlirlərin dəqiq müəyyənləşdirilməsi, şəffaflığın artırılması və s. məsələlər də öz həllini tapır”.
Bununla belə, o, son illər ölkəmizdə POS-terminal və bankomat şəbəkəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə baxmayaraq, kartlardan lazımi səviyyədə istifadə olunmadığını əlavə edib. Z.Şərifovun sözlərinə görə, bir çox hallarda guya POS-terminalların işləməməsi barədə əsassız bəhanələr gətirilir: “Lakin araşdırmalar göstərir ki, bəzən vergidən yayınmaq məqsədilə POS-terminallar vətəndaşlardan gizlədilir və ya satıcıların POS-terminallardan istifadə bacarığının olmadığı üzə çıxır. Bu mənada, POS-terminalların quraşdırılması ilə yanaşı, ondan istifadə məsələlərinə də nəzarət gücləndirilməlidir”.
Tədbirdə, həmçinin, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM) siyasət və hüquq məsələləri üzrə koordinatoru Şahid Şükürov, “Golden Pay” şirkətinin təsisçisi və direktoru Fərid İsmayılzadə, “AtaBank” ASC-nin Departament direktoru Teymur Axundov, “MilliKart” MMC-nin Əməliyyat şöbəsinin rəisi İlqar İbrahimov və Azərbaycan Sənaye Bankı İdarə Heyəti sədrinin müşaviri Doğan Tandoğan da çıxış edib.
Xəbər lenti
Hamısına baxSiyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14

