SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
20.09.2024 [21:15]
Bu gün SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP enerji təchizatı təhlükəsizliyinin artırılması məqsədilə beynəlxalq neft və qaz apstrim (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən bir anlaşma memorandumu imzaladıqlarını elan ediblər.
Yeniazerbaycan.com BP-nin yaydığı məlumata istinadən xəbər verir ki, memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək.
Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: “Azərbaycan üçün tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə təsadüf edən bu saziş SOCAR ilə BP arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrində yeni səhifə açır. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında əsas təchizatçılarından birinə çevrilməsini təmin edib. Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyamıza uyğun olaraq, bu gün biz gələcəkdə təhlükəsiz və dayanıqlı enerji təchizatını təmin etmək üçün yeni imkanları araşdırır, bu istiqamətdə birgə fəaliyyətimizi davam etdiririk”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu gün biz SOCAR-la yeni əməkdaşlıq erasının təməlini qoyuruq. Biz 30 ildir ki, Azərbaycanın neft və qaz ehtiyatlarının uğurla işlənməsində birgə çalışırıq və bu uğurlar ölkənin həm region, həm də dünya üçün etibarlı enerji təchizatçısı rolunu təmin etmişdir. İndi isə regionda və qlobal miqyasda yeni əməkdaşlıq sahələrini axtarmaq və yeni tərəfdaşlıq imkanlarına başlamaq vaxtıdır. Biz birlikdə daha çox iş görə bilərik. Dünyaya bu gün ehtiyac duyduğu enerjini təmin etmək üçün səylərimizi birləşdirərək SOCAR-la əməkdaşlığın yeni səhifəsinə başlamaqdan çox məmnunuq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

