/ / Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması üzrə təkliflərin icrası müzakirə olunub
Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması üzrə təkliflərin icrası müzakirə olunub
29.10.2024 [23:49]
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun hesabat xarakterli iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edib, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev altqrup tərəfindən görülən işlər barədə məlumat verib və hesabatların hazırlandığını qeyd edib.
İclasda “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin icra vəziyyəti və bu sahədə aktual məsələlər geniş müzakirə olunub. İclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən Yol Xəritəsində icraçısı olduğu tədbirlər üzrə görülən işlərə dair hesabat təqdim edilib, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin iclasda mülkiyyət növündən asılı olmayaraq elektrikdoldurma xidməti göstərən bütün elektrikdoldurma məntəqələrinin vahid platformaya inteqrasiyasının təmin edilməsi üzrə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifovun məruzəsi dinlənilib və bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə elektrikdoldurma xidməti ilə əlaqədar tariflərə dair təkliflər müzakirə olunaraq bu sahədə növbəti addımlar müəyyən olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov qeyd edib ki, AYNA tərəfindən mikromobillik vasitələrinin təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda Bakı şəhərində mikromobillik zolaqları təxminən 32 kilometrə qədər genişləndirilib. Əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün zolaqların əlaqəliliyi təmin edilir.
Bununla yanaşı, altqrupun bundan öncəki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyətinə dair məlumat təqdim edilib, qeyd olunan tədbirlərin icrasının tamamlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sonda isə icrası davam edən tədbirlər və qarşıda duran məsələlər müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müvafiq altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir (https://azranking.az/working-groups).
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50

