III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20.12.2024 [20:56]
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin birgə tərəfdaşlığı ilə “III Aqrar İnnovasiya və Startaplar” Forumu keçirilib. Forum aqrar startapçıların innovativ həll və texnologiyalarının nümayişindən ibarət sərgi bölməsindən və rəsmi hissədən ibarət olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan olunması, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl şəkildə genişləndirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir.
“İqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların tətbiqindən, mütərəqqi həllərdən və texnologiyalardan daha geniş istifadənin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Kənd təsərrüfatında innovasiyaların tətbiqi aqrar sahədə torpaq və su resurslarını qorumağa, onlardan səmərəli istifadə etməyə əlverişli imkan yaradır, məhsuldarlığı artırır, ətraf mühitin mühafizəsi işinə mühüm töhfələr verir.
Ölkədə aqrar sahənin inkişafı istiqamətində aparılmış ardıcıl və sistemli islahatların davamı olaraq Nazirliyin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə startapların xarici bazarlara çıxışını asanlaşdırmaq üçün müxtəlif layihələr icra olunur, aqrar startapçıların iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnologiyaları, nəmlik qoruyucu innovativ yenilikləri ağıllı həllərinin beynəlxalq və yerli şirkətlərə, sahibkarlara, həmçinin geniş kütləyə nümayiş etdirilməsi üçün şərait yaradılır. Aqrar innovasiyaların gənclər arasında təbliği və təşviqi məqsədilə müsabiqə, yarışma və hakatonlar təşkil olunur”, - deyə nazir əlavə edib.
Aqrar startapların kənd təsərrüfatında rəqabət qabiliyyətini artırmaq üçün böyük potensiala malik olduğunu bildirən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov diqqətə çatdırıb ki, bu startaplar, həmçinin texnologiyaları və kreativ həlləri ilə aqrar sektorun inkişafına töhfə verirlər.
Onun sözlərinə görə, KOBİA aqrobiznesi prioritet sahə kimi daim diqqətdə saxlayaraq, bu sahənin nümayəndələri üçün müasir çağırışlara uyğun təlimlərin təşkil edir, məsləhət xidmətləri və qrant dəstəyi göstərir, həmçinin “Startap” şəhadətnamələri verilir.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ölkəmizdə aqrar startap ekosisteminin inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Natiqlər bugünkü forumun aqrar startapçılar və inkubasiya, akselerasiya mərkəzləri arasında əlaqələndirici rol oynadığını, startapların əhatə dairəsinin və xarici bazarlara çıxış imkanlarının artırılmasına birbaşa təsirinin olacağını vurğulayıblar.
Çıxışlardan sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub.
Forum günün ikinci yarısında panel müzakirələrlə davam edib.
Panellərdə “Aqrar startaplar ekosisteminin inkişafı”, “Aqrar sektorda tətbiq olunan mütərəqqi texnologiyalar”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı uğur qazanmış startaplar” mövzularında müzakirələr aparılıb.
Forumun sərgi hissəsində müxtəlif müsabiqə və yarışların qalibləri olan startapçılar tərəfindən plastik tullantıların təkrar emalından hazırlanmış səki daşları, alternativ enerji mənbələrindən alınan bioqaz, hidrogen qazı, ağıllı istixanalar üçün idarəetmə sistemi, lazer sistemi vasitəsilə sahələri alaq otlarından təmizləyən aqrorobot, iqlim stansiyaları, süni intellekt tətbiq olunmuş suvarmanı idarəetmə sensorları, heyvandarlıq təsərrüfatları üçün ağıllı tasma, cərgəarası aqrorobot, zərərvericiləri dedektəedən cihaz, qəza olan fazanı müəyyən edən cihazlar sərgilənib. Həmçinin yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları şirkətlərin innovativ fəaliyyətləri barədə təqdimatlar keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59

