“OPEK+” formatı genişlənir
20.02.2025 [10:31]
Braziliyanın neft alyansına qoşulması qiymətlərə təsir imkanlarını artıra bilər
Braziliya fevralın 18-də “OPEC+” alyansına qoşulmaq barədə qərarını açıqlayıb. Ölkənin mədən və energetika naziri Alexandre Silveyra bildirib ki, “OPEC+” blokuna qoşulmaq Braziliyanın enerji sənayesində taleyüklü məqam olsa da, beynəlxalq enerji ailəsi ilə dialoq və əməkdaşlıq üçün yeni səhifə açır. Beləliklə, Braziliyanın qaz sindikatına qoşulmasından sonra “OPEC+” ailəsinin sayı 10-dan (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) 11-ə çatmış olacaq.
“OPEC+”un neft bazarında rolu
Qeyd edək ki, “OPEC+” enerji ittifaqı adətən qlobal enerji bazarlarında baş verən fraqmentasiyalara uyğun qərarlar qəbul edir, bazarda nizamlayıcı rol oynamaq üçün yanacağın tədarük kvotalarını müəyyənləşdirir. Kartel ölkələrinin başlıca prinsipi sabit və sərfedici qiymət portfelinin dayanıqlılığının qorunmasıdır. Alyans üzvləri gündəlik qlobal neft tədarükünün (104 milyon barel) təxminən 42 faizini təmin edir. Tədarükçü ölkələr arasında ədalətli yanaşma neftin qiymətlərinin orta bazar çərçivəsində 80-100 dollar arasında qalmasıdır. “OPEC+”in siyasətində neftin yüksək olması da arzuolunan deyil, tədarükçülər qeyd edilən qiymət çərçivəsini münasib hesab edərək bazara tələb olunan kvotaya uyğun neft çıxarır. Neftin qiymətləri yüksələndə adətən hasilat və nəql artırılır.
“OPEC+” ölkələri neftin qiymətləri ucuzlaşanda, hazırkı ssenariyə əsasən, yanacağın qiymətinin orta satış 70 dollardan aşağı düşməsi tendensiyası artanda hasilatı azaltmaq qərarı verir. Son 2 ildə dünya bazarında neftin orta satış qiyməti 80-90 dollar civarında dövr etdiyindən “OPEC+” ölkələri neftin hasilatını artırmaq yox, nisbi azaltmaq kursu üzrə hərəkət edib. 2024-cü ilin sonlarında kartel ölkələrinin toplantısında neft hasilatının sabit kvotada qalması qərarı qüvvədə qalıb. Hazırkı şəraitdə neftin qiyməti 70-80 dollar civarındadır və bu, müəyyən qədər risklər yarada bilər. Xüsusilə də, Tramp hökumətinin qlobal bazarlara çoxhəcmli neft tədarük olunacağı barədə mesajları “OPEC+” ölkələrinin narahatlığını müəyyən dərəcədə artırır. Mövcud situasiyalar neft qiymətlərinin aşağı düşməsi tendensiyasının qarşısını almaq, aşağı hasilat dəhlizinin saxlanılmasını təmin etməkdir. Bir sözlə, onluq ölkələri müxtəlif vaxtlarda qiymət riskləri yarandığı zaman tələbatın azaldılması kursunu yürütməklə qiymətlərə təsir edir.
Braziliyanın alyansa qoşulması nə vəd edir?
BMT-nin COP-30 konfransına ev sahibliyi edəcək ölkə olan Braziliyanın beynəlxalq iqlim ailəsinin qalıq yanacaq tədarükünə qarşı tələblərinin artdığı və ətraf mühitlə bağlı üzərinə mühüm öhdəliklər götürdüyü vaxtda birdən-birə böyük yanacaq tədarükçülərinin sırasına qoşulması müəyyən suallar yaradır. Rəsmi Rio-de-Janeyro faktiki olaraq karteldə yer almaqla qlobal bazarda iri enerji təchizatçılarından birinə çevriləcək və bu yanaşma COP-30-a liderlik edəcək ölkənin anti-qalıq yanacaq strategiyası ilə üst-üstə düşmür. Mövcud addım bu baxımdan daha çox siyasi qərar daşımasından xəbər verir. Belə ki, Tramp hökumətinin COP sammitlərindən çıxacağına dair bəyanatı, ardınca ABŞ-ın neft və LNG (sıxılmış qaz) hasilatında yeni dövrə start verməsi və bununla da qalıq yanacaq istehsalı bazarını daha da stimullaşdırması beynəlxalq iqtisadi münasibətlər sistemində də vahidliyin pozulmasına yol açır. Eyni zamanda, həm “OPEC”, həm də “OPEC+” ölkələrinin qlobal neft bazarında təsiredici rolunun artması, Braziliyanın da siyasi-iqtisadi blokda yerini möhkəmləndirməsini şərtləndirir. Ölkənin energetika naziri A. Silveyranın vurğuladığı kimi, Braziliyanın neft istehsalçısı olması unudulmamalıdır, “OPEC+” ailəsinə qoşulması isə bu ölkə üçün neft hasilatı ilə bağlı strategiyasını müzakirə etmək və əlaqələndirməkdə mühüm platforma olacaq.
Braziliya dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi həm də BRICS blokunda aparıcı statusa malikdir. “OPEC+” ölkələrinin bir neçəsi həm də bu təşkilatda birləşib. Bu baxımdan Braziliyanın neft karteli ölkələrinə qoşulması yeni iqtisadi tələbləri də meydana çıxaracaq. BRICS-in ümumi iqtisadi strategiyalarının həyata keçirilməsində də ön planda olan Braziliya “OPEC+” alyansına daxil olmaqla bu ölkənin yerləşdiyi regionda və qlobal enerji bazarında proseslərə daha fəal təsiretmə imkanlarını artıracaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

