Növbəti ilin büdcə hazırlığına başlanılıb
17.04.2025 [10:26]
Gələn il dövlət büdcəsinin gəlir və xərclərində artımlar gözlənilir
Maliyyə Nazirliyi 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərini açıqlayıb. Məlumata əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat gözlənilir. Beləliklə, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq. Xatladaq ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib.
Büdcə siyasətinin əsas hədəfləri
2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, büdcə dayanıqlığı və digər cari məsələlər bir neçə gün əvvəl - aprelin 11-də İqtisadi Şuranın iclasında da müzakirə edilmişdi. İclasda büdcə siyasəti üzrə prioritet xərc istiqamətləri, əsas hədəflər, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə ssenariləri müzakirə olunub, Maliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.
Növbəti ildə də büdcə siyasətinin əsas prioritet xərc istiqamətləri ölkənin işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial təminatının yaxşılaşdırılması, həmçinin bir sıra zəruri dövlət funksiyalarının yerinə yetirilməsi üçün müvafiq maliyyə vəsaitinin təmin edilməsi ilə bağlı olacaq. Həmin hədəflər 2026-2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr üçün ölkə qarşısında dayanan yeni çağırışlara uyğundur. Ortamüddətli dövrdə həyata keçirilən fiskal siyasət makroiqtisadi sabitlik, fiskal dayanıqlılıq və iqtisadi müstəqillik məqsədlərinə xidmət etməklə, prioritet istiqamətlər üzrə müvafiq maliyyə təminatının yaradılmasını, büdcə və borc intizamının təmin edilməsini, büdcə xərclərinin səmərəliliyini və effektivliyini, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd edək ki, Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ) özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrinə daxil olan sektorlarda nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün ayrılan vəsaitlərin yuxarı hədlərini ehtiva edir.
2026-cı ildə ÜDM-in 135,7 milyard manata çatacağı fərz edilir
Qeyd edək ki, dövlət büdcəsinin gəlir və xərcləri ölkənin makroiqtisadi inkişaf proqnozlarına əsaslanır. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 dollar və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilir. 2026-cı ilin sonuna ÜDM-in həcmi 135,7 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-nin həcmi 101,3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 129,1 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft-qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 79,4 faizə çatacağı, neft-qaz sektorunun payının isə 20,6 faizə bərabər olacağı ehtimal edilir.
Əhalinin gəlirləri inflyasiyanı üstələyəcək
Neft və qaz hasilatı üzrə sabitləşdirmə tədbirlərinin nəticəsi olaraq 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnozlaşdırılır. 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcək. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma gözlənilir, 2026-cı ildə əsas kapitala olan investisiyalarda 3,8 faiz, ortamüddətli dövrdə isə orta illik 3,7 faiz artım olacağı, 2026-cı ildən 2029-cu ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım fərz olunur. Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə Maliyyə Nazirliyinin proqnozları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi nəzərə alınıb. Həmçinin, investisiyaların iqtisadi səmərəliliyinin və şəffaflığının yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi sərmayə qoyuluşlarını təşviq edəcək.
Hökumətin iqtisadi bloku tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq istehlak qiymətləri indeksi gələn il baza ssenaridə 5-5,5 intervalında proqnozlaşdırılıb. Ortamüddətli dövrdə əhalinin gəlirlərinin artımı isə inflyasiyanı üstələyəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32

