Asiya Bankı Orta Dəhlizə investisiyaları artırır
02.09.2025 [10:35]
Asiya İnkişaf Bankı (AIB) Özbəkistana Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Dəhlizinin (CAREC) modernləşdirilməsi üçün 233,1 milyon dollar məbləğində kreditin ayırılmasını təsdiqləyib. Kredit tranşı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli hissəsinin yenidən qurulmasını nəzərdə tutur. Layihəyə əsasən, Özbəkistanın qərb hissəsində yol infrastrukturlarının tam müasirləşdirilməsi, hərəkət təhlükəsizliyinin təmin olunması, habelə dəmir və avtomobil yolarında “yaşıl texnologiyaların” geniş tətbiqi sayəsində iqlim dəyişikliklərinə davamlılığın möhkəmləndirilməsi üçün zəruri tədbirlər həyata keçiriləcək.
AİB komandası hesab edir ki, yönəldilən investisiyalar Özbəkistanın regional tranzit qovşağı kimi rolunu gücləndirəcək və Orta Dəhlizin axıcı qovşaqlarından biri olan Qarakalpakstanda inklüziv iqtisadi artıma töhfə verəcək. Eləcə də, iqlimə davamlı infrastrukturun və intellektual nəqliyyat sistemlərinin inteqrasiyası uzunmüddətli dayanıqlılığı, həmçinin əhali və biznes üçün daha təhlükəsiz və səmərəli mobilliyi təmin edəcək.
Özbəkistan və Azərbaycana “yaşıl sərmayə” axınları
Orta Dəhlizin modernləşdirilməsi və “yaşıl dəhliz” strategiyası Asiya Bankının son illərdə xüsusi önəm verdiyi əsas istiqamətlərdən biridir. Bank bu istiqamətdə Orta Dəhlizin yerləşdiyi dövlətlər, o cümlədən Azərbaycanla əməkdaşlığı gücləndirib və yeni sərmayə layihələrinin maliyyələşdirilməsinə razılıq verib. İki ay əvvəl Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiqləyən AİB 2025-2029-cu illərdə ölkəmizin “yaşıl” və dayanıqlı artım sektorlarına irihəcmli investisyalar yatırmağa razılığını ifadə edib. AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal bildirib ki, Azərbaycanla tərəfdaşlığın yeni mərhələsində başlıca diqqət dayanıqlı iqtisadiyyatın təmin olunmasına və “yaşıl layihə”lərə yönələcək.
Asiya Bankı “Gələcək üçün dayanıqlı nəqliyyat” proqramı üzrə Azərbaycanda nəqliyyat sisteminin ekoloji tələblərə uyğunlaşdırılması, dəmir yolunun enerji səmərəliliyinin artırılması və “yaşıl nəqliyyat” sahələrinə sərmayələrin həcmini yaxın günlərdə müəyyənləşdirəcək. İnvestisiya siyasətinə əsasən, bank tərəfindən regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında əlavə maliyyə dəstəyi veriləcək.
AİB Asiya və Avropa arasında maliyyə körpüsü yaradır
AİB Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqaz-Xəzər-Mərkəzi Asiya arasında logistika-kommunikasiya körpüsü olmasını nəzərə alaraq Orta Dəhlizə sərmayələri şaxələndirir, digər iştirakçı ölkələrin də infrastrukturlarını maliyələşdirir. Göründüyü kimi, Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Orta və ya TransXəzər Dəhlizinin fiziki-coğrafi sxemi nəhəng bir geoiqtisadi platformaya çevrilir və dünyanın nəhəng maliyyə qurumları da bu alyansa qoşulur.
AİB, həmçinin “yaşıl strategiyası” çərçivəsində Azərbaycan-Özbəkistan birgə layihələrinə də dəstək verir. Mərkəzi Asiya, Qafqaz, Aralıq və Qara dənizi birləşdirən nəqliyyat dəhlizlərində əsas coğrafi hüdudlardan biri kimi Özbəkistan mühüm yer tutur. Orta Dəhlizdə yer alan Özbəkistan əlaqələrin digər vacib şaxəsi olan “yaşıl enerji” dəhlizində də fəal əməkdaşlıq edir. “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”na əsasən, hər iki ölkə Orta Asiya-Xəzər-Avropa “yaşıl dəhliz”inin yaradılmasında təşəbbüsləri artırır. Bu konteksdən Asiya Bankı bu istiqamət üzrə də hər iki türk dövlətini maliyyə donoru olmaqla digər qlobal təşəbbüsü irəlilədir. Qeyd edək ki, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin daha da artaraq 5,2 milyon tona çatacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin, 1,7 milyon tonu isə neftin payına düşəcək. Proqnozlara görə, 2027-ci ilə qədər marşrutun buraxılış qabiliyyəti ildə 10 milyon tona çatacaq. Bu isə Orta Dəhlizin qlobal siyasi və iqtisadi əhəmiyyətinin artması fonunda iştirakçı təşkilatların, o cümlədən Asiya Bankının da marağını artırır, səhmdarlarla birgə quruculuqda fəal iştirakını təmin edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16

