Qızıl niyə bahalaşdı?
04.09.2025 [10:17]
Unsiyası 3600 dollara çatan əlvan metal cəlbedici investisiyaya çevrilir
Dünya birjalarında qızılın qiymətinin kəskin bahalaşması davam etməkdədir. Nyu-York Əmtəə Birjasında (COMEX) 2025-ci ilin dekabr ayı üzrə bağlanmış fyüçers müqavilələri üzrə qızılın bir troya unsiyası üçün 3600 dollar səviyyəsində ehtimal edilib. Bununla da qiymətli metalın dəyəri bir unsiya ən rekord həddə yüksələrək tarixi maksimuma çatıb. ABŞ analitiklərinin fikrincə, 2025-ci ilin sonuna doğru digər fyüçerslərin qiymətinin artması davam edəcək.
ABŞ-ın maliyyə siyasəti dolları ucuzlaşdırır, qızılı bahalaşdırır
Beynəlxalq anailitiklər qızılın dayanıqlı dəyər çərçivəsi formalaşdırmasını müxtəlif amillərlə izah edirlər. Danimarkanın aparıcı investisiya institutlarından olan “Saxo Bank”ın proqnozuna əsasən, qızılın qiyməti cari ildə 3500 dollardan aşağı düşməyəcək, çünki siyasi konfiqurasiyalar buna rəvac verir. Bankın əmtəə üzrə mütəxəssisi Ole Hansenin fikrincə, ilk amil kimi qlobal səviyyədə artmaqda olan geosiyasi gərginliklər və ABŞ-ın idxal rüsumlarını yüksəltməsi təsiredici rol oynayır. ABŞ-da faiz dərəcələrinin ötən ilin sonlarında azaldılması və yenidən uçot stavkasında azalma gözləntiləri də qızılın qiymətinə təsir edir.
Qızılın bahalaşmasına ABŞ-da Donald Trampın prezident seçilməsindən sonrakı investisiya fraqmentasiyalarının təsirləri az rol oynamır. Trampın yeni maliyyə siyasəti ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Trampın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) təyin etdiyi yeni sədrin də məhz rəqəmsal aktivlər və qızıl investorlarına yaxın olması bazar konyukturalarında dalğalanmaları artırır. Dəyərli metalla yanaşı, “rəqəmsal qızıl” kimi tanınan “Bitcoin”in də qiyməti son aylarda kəskin şəkildə artır və investorların diqqətini cəlb edir. Analitiklər həm qızıl, həm də “Bitcoin”in illik artım faizinin davamlı olacağını proqnozlaşdırırlar.
Qlobal səhmdarlar dollar və avro yığımlarını qızılla əvəz edir
Qızılın bahalaşmasına ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) pul siyasətinin də təsirləri az deyil. Belə ki, FES tərəfindən uçot dərəcəsi aşağı salındıqda Amerika valyutası ucuzlaşır və qızıla tələbat artır. Bayden hakimiyyətinin sonlarında, 2024-cü ildə FES uçot dərəcəsini artırmağa yönəlmiş addımlar atsa da, artıq pul siyasətinin əks istiqamətdə - uçot sta?kası aşağıya doğru meyl edir və sentyabrın ortalarında FES-in yeni uçot siyasəti ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Bu amil qızıl yığımlarına olan investisiya cəlbediciliyini artırmaqla yeni dəyər kursu formalaşdıra bilər.
Mövcud situasiyalar investorlar arasında digər pul və investisiya alətlərinin qızıl yığımlarına transformasiyasına yeni stimumlar verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu, qızıla yönəldəcək. Artıq qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar öz yığımlarını və aktivlərini dollar və avrodan çox, blokçeynlərə və qızıl portfelinə yerləşdirməyi faydalı hesab edirlər.
Analitiklərin fikrincə, daha güclü ABŞ dolları və artan istiqraz faizləri ilin ilk yarısında qızıl üzərində təzyiq yarada bilər. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2024-cü ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 40 faizdən çox artaraq 800 tona, 2025-ci ilin birinci yarısında isə 450 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat isə 5 min tonu ötüb.
Azərbaycan üçün qızıl dövr
Dünya bazarında bu dəyərli metalın qiymət volatilliyi Azərbaycana da təsirsiz ötüşmür. Qızıl iqtisadiyyatda çətin zamanların təhlükəsiz limanı rolunu oynadığından bütün investorlar kimi azərbaycanlı bank və fondlar, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir. Neft Fondu 2025-ci ilin birinci yarısında 34,5 ton qızıl alaraq öz portfelini möhkəmləndirib. 2024-cü ilin sonunda 146,6 ton qızıl altportfelinə malik DNF-nin hazırda qızıl investisiyaları 181 tondan artıqdır. Fondun yeni investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilə bilər ki, bu da əlvan metal yığımının cəlbediciliyinə işarədir.
Azərbaycan həm də qızıl ixrac edən ölkədir və hasil olunan metalı? ixracı ölkəmizə dividentlər qazandırır. 2025-ci ilin 7 ayında qızıl ixracı kəskin şəkildə yüksələrək 178,7 milyon dollar təşkil edib. Ümumilikdə, bu dövrdə ölkəmizin qeyri-neft sektoruna aid malların ixracında qızıl birinci yerdə qərarlaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 104,2 milyon dollar və ya 2,4 dəfə artım deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan 74,5 milyon dollar dəyərində qızıl ixrac edilib. Təkcə cari ilin iyun ayında 33,9 milyon dollarlıq qızıl ixrac edilib ki, bu da ötən illə nisbətdə 2 dəfə çoxdur.
Mövcud ehtiyatlar təsdiqləyir ki, ölkəmizdə qızıl yığımına, qızıl investisiyalarına və bu metalın hasilat sənayesinə maraq böyüyür. Perspektivlər isə daha ümidvericidir, işğaldan azad edilmiş ərazilərdə qızıl ehtiyatları kifayət qədər böyükdür. Hazırda azad edilmiş ərazilərdə qızılçıxarma sənayesində yeni mərhələ başlayıb. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorlar cəlb edilib. Bu isə azad ərazilərin zəngin metal resusrslarının tədarükü sayəsində Azərbaycanın qızıl ehtiyatlarının daha da artmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20

