Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

28.11.2025 [20:14]

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüş keçirib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı hər iki ölkənin iqtisadiyyatında baş verən yeniliklər və son dövrlərdə həyata keçirilən islahatlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Bank və sığorta sektorlarında inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası, nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqi geniş müzakirə edilib. Bundan əlavə, sığorta sektorunda yeni yanaşmalar və innovativ həllərin tətbiqi ilə bağlı təcrübələr bölüşülüb.

Görüşdə, həmçinin Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bank və sığorta sektorları arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilərək hər iki tərəfin bu əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30