Səfirlər razılaşdı...
23.04.2026 [09:14]
Aİ-də Rusiyaya qarşı 21-ci sanksiya paketini hazırlamaq təklif olunur
Rusiya-Ukrayna münahirbəsində döyüşlər güclənir. Rusiya diplomatik masada üstünlüyünü qorumaq üçün daha çox ərazi ələ keçirməyə çalışır. Belə bir şəraitdə Kiyev və müttəfiqləri hucumların miqyasını azaltmaq və Rusiyanı zəiflətmək üçün müxtəlif təşəbbüslər göstərir. Belə təşəbbüslərdən biri də Rusiyaya qarşı sanksiyaları daha da genişləndirməkdir.
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Ukraynaya 90 milyard avro kredit ayrılması və Rusiyaya qarşı yeni 20-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər.
“The Guardian”ın məlumatına görə, 2021-2027-ci illəri əhatə edən uzunmüddətli Aİ büdcəsinə dəyişikliklər və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunu nəzərdə tutan prosedur çərçivəsində ittifaqa üzv olan 27 ölkənin səfirləri sənədi imzalamalıdır. Prosedur bu gün başa çatacaq.
Rusiyanın “kölgə donanması”na qarşı sanksiyalar güclənib
Yeri gəlmişkən, ötən ilin dekabrında Avropa İttifaqı (Aİ) Rusiyanın hibrid fəaliyyətləri, o cümlədən informasiya manipulyasiyaları və müdaxilələri, Aİ-yə üzv dövlətlərə və tərəfdaşlarına qarşı kiber fəaliyyətləri nəzərə alaraq əlavə 12 şəxsə və 2 təşkilata məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Siyahıya Kremlin siyasət və informasiya aparatına yaxın və ya ona bağlı institutlarda, düşüncə mərkəzlərində və universitetlərdə fəaliyyət göstərən tanınmış xarici siyasət analitikləri, həmçinin Ukraynaya müdaxilə, anti-Ukrayna və anti-NATO təbliğatını, eləcə də Rusiyanın təbliğatı və sui-qəsd nəzəriyyələrini yaymaqla məşğul olan şəxslər və təşkilatlar salınıb. Onların arasında keçmiş hərbçilər və polis əməkdaşları da var.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ümumilikdə Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib: “Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resursları daşıyır və müharibəninin uzadılması üçün pul verir. Bu, Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketidir”. Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 656 gəmiyə qarşı sanksiya tətbiqi əks olunan qərarının qüvvəyə minməsi üçün sərəncam da imzalayıb. Sanksiyalar altında olan gəmilər 50-dən çox ölkənin bayraqları ilə hərəkət edib. Daha çox Qambiya, Syerra-Leone, Panama və Kamerunun bayraqları istifadə olunub. Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev bu sanksiyalarla bağlı müttəfiqləri ilə birgə iş görəcək.
Ukraynanın tərəfdaşları Rusiyaya qarşı sanksiyaları daha da genişləndirmək üçün əməkdaşlığı davam etdirirlər. Ötən ilin noyabrında Kiyevdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri də daxil olmaqla 21 dövlətin nümayəndələrinin iştirakı ilə ilk “sanksiyalar” sammitinin keçirilməsi də bunun göstəricisidir. Sammitin nəticəsi olaraq beynəlxalq sanksiya koalisiyasının gücləndirilməsi üzrə əlavə planın hazırlanması, həmçinin Aİ-nin 20-ci sanksiya paketinə dair təkliflərin formalaşdırılacağı nəzərdə tutulurdu.
Xatırladaq ki, Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı sonuncu - 19-cu sanksiyalar paketini 2025-ci ilin oktyabr ayında qəbul ediblər. Bu istiqamətdə işlərə hələ iyul ayında - 18-ci sanksiyalar paketi təsdiqləndikdən dərhal sonra başlanmışdı. O zaman Avropa İttifaqı “yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini” bəyan etmişdi. 19-cu sanksiyalar paketinin qəbulu isə asan olmayıb. Çünki Aİ daxilində həmin məhdudlaşdırıcı tədbirlərin qəbul olunmasına bir sıra müqavimətlər var idi. Narazılar hesab edirdilər ki, bu sanksiyalar Aİ ölkələrinə də mənfi təsir göstərə bilər. Buna baxmayaraq, ittifaq daxilində konsesusa gəlmək mümkün olub. Avropa İttifaqının 19-cu sanksiyalar paketi üzv ölkələrə Rusiyadan maye qaz idxalını qadağan edir. Bu sanksiyalar paketi, həmçinin Rusiya diplomatlarının Avropa İttifaqı ölkələri ərazisində hərəkətinə məhdudiyyətlərin tətbiqini də ehtiva edir. Qadağanın mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Qısamüddətli müqavilələr üçün 6 aylıq keçid dövrü müəyyən edilib. Uzunmüddətli müqavilələr üzrə qadağa isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
20-ci sənəd niyə qəbul olunmur?
Sanksiya siyahısına “kölgə donanması”nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır. “Maliyyə” blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə “Mir” sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi. Bundan başqa, Avropa operatorlarının Rusiyada turizmlə bağlı xidmətlər göstərməsinə qadağa qoyulub.
Lakin fikir ayrılıqları səbəbindən Aİ 20-ci sanksiyalar paketini hələ də qəbul edə bilməyib. Belə ki, Avropa Komissiyasının Rusiyanın Ukraynaya təcavüzə başlamasının 4-cü ildönümünədək qəbul etməyi planlaşdırdığı Moskvaya qarşı 20-ci sanksiyalar paketi üzrə sonuncu görüş də nəticəsiz yekunlaşmışdı. “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla yaydığı məlumata görə, Avropa İttifaqına üzv ölkələrin səfirləri 20-ci sanksiya paketi ilə bağlı razılığa gələ bilməyiblər. Moskvaya qarşı 20-ci sanksiyalar paketinə Rusiya neftini qanunsuz daşıyan kölgə donanması üçün dəniz xidmətlərinin tamamilə dayandırılması, bu ölkəyə lüks malların ixracına və oradan gübrə idxalına daha sərt məhdudiyyətlər qoyulması daxildir. Həmçinin platin, mis, iridium və rodium idxalı qadağan oluna bilər. Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketini fevralın 24-dək təsdiqləməyi planlaşdırsa da, buna nail ola bilmədi.
“Bloomberg” isə yazır ki, fikir ayrılığı Rusiya neft ixracında iştirak edən xarici limanlara və banklara qoyulan məhdudiyyətlərlə bağlıdır. İtaliya və Macarıstan Gürcüstandakı Kulevi limanına, Yunanıstan və Malta İndoneziyanın Karimun limanına qoyulan məhdudiyyətlərə, İspaniya isə Kuba bankına qoyulan sanksiyalara qarşı çıxıblar.
Kallas: Rusiyaya sanksiya təzyiqinin artırılması üçün razılıq əldə olunub
Bütün bunlara baxmayaraq, aprelin 21-də Lüksemburqda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasının zəruriliyi ilə bağlı razılıq əldə olunub. Aİ-nin ali nümayəndəsi Kaya Kallas görüşün yekunlarına dair mətbuat konfransında deyib: “20-ci sanksiyalar paketinin qəbulunun vaxtı çoxdan çatıb. Ümid edirəm ki, yeni siyasi impulsu nəzərə alaraq sürətlə hərəkət edə biləcəyik”. Kallas, həmçinin təsdiqləyib ki, Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunun sürətləndirilməsindən əlavə, nazirlər artıq 21-ci paket üzərində işə başlamağı təklif ediblər. O, Aİ-nin sanksiya siyasətinə yanaşmasının dəyişdiyini də bildirib. Nadir hallarda qəbul edilən böyük paketlər əvəzinə, Brüssel artıq daha çevik modelə keçib, məsələn, Rusiyanın “kölgə donanması”na qarşı məhdudiyyətlər yeni gəmilər aşkar olunduqca tətbiq edilir. Bundan əlavə, Aİ-nin baş diplomatı qeyd edib ki, blok daxilində dezinformasiya kampaniyalarında iştirak edən şəxslərə qarşı əlavə tədbirlər təsdiqlənir.
Kallas vurğulayıb ki, Rusiyanın enerji gəlirlərinin məhdudlaşdırılması strategiyanın əsas elementi olaraq qalır: “Rusiya iqtisadiyyatına, həqiqətən, təsir edən amil neftə qarşı tədbirlərdir, çünki bu, Ukraynaya qarşı müharibə aparmaq üçün əsas gəlir mənbəyidir. Ümumilikdə, Aİ təkcə sanksiya siyahılarını genişləndirmək deyil, həm də Moskvaya iqtisadi və siyasi təzyiqləri gücləndirmək üçün əvvəllər bloklanmış təşəbbüslərə qayıtmaq niyyətindədir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34

