/ / Cənubi Kaliforniya Universitetində “Cənub” qaz dəhlizi layihəsinin geosiyasi nəticələri” mövzusunda konfrans keçirilib
Cənubi Kaliforniya Universitetində “Cənub” qaz dəhlizi layihəsinin geosiyasi nəticələri” mövzusunda konfrans keçirilib
20.05.2014 [08:58]
Cənubi Kaliforniya Universitetində “Cənub” qaz dəhlizi layihəsinin geosiyasi nəticələri” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğunun və “Türk Hava Yolları”nın dəstəyi ilə Çepmen Universitetinin Qlobal Təhsil Mərkəzi tərəfindən təşkil edilmiş konfransda Los-Anceles şəhər administrasiyasının və işgüzar dairələrin, diplomatik missiyaların və ABŞ elmi-tədqiqat institutlarının nümayəndələri, Kaliforniya universitetlərinin professorları və tələbələri iştirak ediblər.
Forumun təşkilatçısı, Çepmen Universitetinin professoru Ceyms Koylun giriş sözündən sonra Cənubi Kaliforniya Universitetinin prezidenti Daniyel Struppa və bu ali məktəbin professoru Robert İnqliş tədbir iştirakçılarını salamlayıblar.
Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. Baş konsul əvvəlcə Türkiyənin Soma şəhərində yüzlərlə şaxtaçının həlak olması ilə nəticələnmiş faciənin qurbanlarının xatirəsinin ehtiramla yad olunmasını xahiş edib.
Sonra N.Ağayev konfrans iştirakçılarına dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatı və dünya arenasında ölkəmizin yüksək imici barədə məlumat verib. Azərbaycanın və onun enerji layihələrinin Avropa ölkələri üçün vacibliyinə diqqəti cəlb edən diplomat “Bakı-Tbilisi-Ceyhan” kimi mühüm enerji layihələrinin həyata keçirilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rolunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətti xüsusi vurğulayaraq bildirib ki, bu layihələrin həyata keçirilməsi region ölkələrinin inkişafına sanballı töhfələr verir.
Sonra Azərbaycanın nailiyyətlərindən və müasir dövrdə həyata keçirilən meqa-layihələrdən bəhs edən qısametrajlı “Azərbaycan gələcəyin ölkəsidir” filmi nümayiş etdirilib.
Konfransın rəsmi açılışından sonra tranzit qaz layihələrinin operatoru, Belçikanın “Fluxys” şirkətinin kommunikasiyalar üzrə meneceri Rudi Van Berden və Trans-Anadolu qaz kəməri layihəsinin xarici əlaqələr üzrə meneceri Maqsud Məmmədov “Fluxys, “Cənub dəhlizi” və Avropa qaz bazarı” mövzusunda əsas məruzə ilə çıxış ediblər.
R.Van Berden konfrans iştirakçılarına Avropanın qaz infrastrukturu barədə söhbət açıb, qaz nəqlinin və ixracının həcmi, Belçikadakı Zeyebryuqqe terminalı nümunəsində qazın qəbul edilməsi üçün terminalların vəziyyəti, habelə maye və adi qazın qiymətində, nəqli metodlarında fərqlər barədə ətraflı məlumat verib. Sonra o, Mərkəzi Avropanın qazla təchizatı mövzusuna toxunaraq qeyd edib ki, Avropanı qazla təchiz edən əsas dövlətlər Rusiya (37 faiz), Norveç (31 faiz) və Əlcəzairdir (13 faiz).
R.Van Berden “Cənub” qaz dəhlizindən söhbət açaraq bu layihənin həyata keçirilməsini alqışlayıb. Vurğulanıb ki, bu gün qazın çox hissəsi Avropanın şimalından cənubuna doğru nəql edilir, “Cənub” qaz dəhlizi layihəsi gerçəkləşəndə isə qaz əks istiqamətdə - cənubdan şimala doğru hərəkət edəcək. Məruzəçi sonda qeyd edib ki, Trans-Adriatik qaz kəməri layihəsinin həyata keçirilməsi əlavə müsbət effekt yaradacaq, Balkan ölkələrinin iqtisadiyyatını stimullaşdıracaq.
Trans-Anadolu qaz kəməri layihəsinin nümayəndəsi Maqsud Məmmədov “Cənub” qaz dəhlizi və onun tərkib hissələri olan qaz kəmərləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, “Cənub” qaz dəhlizinin əsas elementi olan Trans-Anadolu qaz kəməri Xəzər dənizi ilə Avropa arasında birbaşa əlaqə yaradacaq, qitəni ilk dəfə olaraq Azərbaycandan daxil olan alternativ qaz ilə təchiz edəcək. Tikintisinə 12 milyard dollar xərclənməsi nəzərdə tutulan Trans-Anadolu qaz kəmərinin çəkilişi 2018-ci ildə başa çatacaq. Maqsud Məmmədov vurğulayıb ki, bu qaz kəməri vasitəsilə nəql edilən qazın həcmi 2023-cü ilə qədər 24 milyard kubmetrə, 2026-cı ilə qədər 31 milyard kubmetrə çatdırıla bilər.
M.Məmmədov məruzəsinin sonunda vurğulayıb ki, bu layihənin həyata keçirilməsi 7 ölkə və 13 korporasiya arasında əməkdaşlığı təmin edəcək, regionda bəzi siyasi fikir ayrılıqlarına baxmayaraq, Avropaya qaz nəqli üçün yeni marşrut açacaq, qaz ixrac edən başqa ölkələr üçün bu layihəyə qoşulmaq, gələcəkdə isə Avropaya qaz satmaq imkanı yaradacaq.
Əsas məruzəçilərin çıxışlarından sonra üç panel iclası keçirilib. İclaslarda “Cənub” qaz dəhlizi layihəsinin Avropa ölkələrində, layihənin iştirakçıları olan qonşu ölkələrdə və Türkiyədə yaradacağı müsbət nəticələrə diqqət cəlb edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

