/ / Binəqədi rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Binəqədi rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
19.07.2014 [11:09]
Dünən Binəqədi rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında birinci yarımilin yekunları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr də müzakirə edilib.
Yığıncağın işində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının qərargahı qarşısındakı abidəsinin önünə güllərin qoyulması və Ulu öndərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.
İclasda giriş nitqi söyləyən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində cari ilin ilk altı ayının da ölkənin hərtərəfli inkişafı və tərəqqisi ilə yadda qaldığını bildirib. Hesabat dövründə çox müsbət göstəricilərin əldə olunduğunu deyən Xaləddin İsgəndərov dünyanın müxtəlif regionlarında cərəyan edən hadisələrin, yaşanan problemlərin fonunda Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlamasını dövlət başçısının yürütdüyü məqsədyönlü, ardıcıl və praqmatik siyasətin məntiqi nəticəsi kimi səciyyələndirib.
Cari ilin ilk altı ayında ölkəmizin makroiqtisadi göstəricilərinin müsbət dinamik templə inkişaf etdiyini vurğulayan RİH başçısı bu dövrdə Binəqədi rayonunda da sosial-iqtisadi şəraitin yaxşılaşdığını, əksər statistik makro-iqtisadi göstəricilərdə artım müşahidə olunduğunu diqqətə çatdırıb.
RİH başçısı hesabat dövründə Binəqədi rayonunda yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, rayona daha çox investisiya qoyulmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və maddi rifahının artmasına nail olunduğunu bildirib.
Hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində cari ilin 6 ayında ümumi daxili məhsulun artımının 2,1 faiz, qeyri-neft sektorunun real artım tempinin 7 faiz, inflyasiyanın 1,6 faiz təşkil etdiyini bildirib. Hesabat məruzəsində əhalinin pul gəlirlərinin 4,7 faiz artmaqla inflyasiyanı 3 dəfə üstələdiyi, qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 56,3 faizə çatdığı, dövlət büdcəsinin gəlirlərinin 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirildiyi, xərcləri isə 8,7 milyard manat təşkil etdiyi qeyd olunub.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2014-cü ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğuna diqqət çəkən V.İsmayılov 2014-cü ilin yanvar-iyun aylarında 86 milyon 360 min manatlıq və ya keçən ilin müvafiq dövründən 30,8 faiz çox sənaye məhsulu istehsal edildiyini, sənaye müəssisələrində 6853 nəfərin çalışdığını, bunun da keçən ilin müvafiq dövründən 19,2 faiz çox olduğunu, sənaye müəssisələrində orta aylıq əməkhaqqının 491,9 manat və ya əvvəlki ilin müvafiq dövründən 2,6 faiz çox olduğunu, iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 87 milyon 438 min manat məbləğində investisiyanın 79 milyon 132 min manatının tikinti-quraşdırma işlərinə sərf edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 45314 nəfər olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz artıb. Eyni zamanda, 2014-cü ilin I yarımilində Binəqədi rayonunda 2946 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə cari ilin 6 ayı ərzində 3470 ailəyə və ya 14163 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilib.
2014-cü ilin birinci yarısında Binəqədidə qaz, su, elektrik enerjisi, istilik sistemi, nəqliyyat və digər sahələrdə görülən işlər barədə bəhs olunan çıxışda o da bildirilib ki, rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri hesabat dövründə də davam etdirilib. Eyni zamanda, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq rayon ərazisində İcra Hakimiyyətinin sifarişi əsasında hesabat dövründə 7-ci mkr. A.Kunanbayev küçəsi 26 saylı binanın və 8-ci mikrorayon İ.Dadaşov küçəsi 72 saylı binanın həyətlərində mövcud xeyir-şər evlərinin əsaslı təmiri işləri həyata keçirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq, Binəqədi rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən, yerlərdə səyyar qəbulları təşkil edilib, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunub və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılıb. Hesabat dövründə rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 16 görüşü, o cümlədən, 9 görüş və 7 səyyar qəbul - “Açıq qapı” keçirilib. Həmin görüşlərdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilib. Keçirilən görüşlərdə ümumilikdə 1677 nəfər vətəndaş iştirak edib, 232 məsələ qaldırılıb. Sakinlər tərəfindən qaldırılan 232 məsələnin 44-ü yerində həll edilib, 44-ü planda nəzərdə tutulan müddətdə həllini tapıb, 11 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı instansiyaya müraciət olunub, 3 məsələ məqsədəmüvafiq hesab edilməyib, 130 məsələ isə hazırda icraatdadır.
Hesabat iclası Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yusif Xəlilov və “Təmiz Binəqədi” sosial layihəsi barədə ətraflı məlumat verən rayonun fəal gənci Bəhruz Hüseynzadənin çıxışları ilə davam edib.
Şura qərarının oxunuşundan sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müzakirələrə yekun vurub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxAnalitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19

