Azərbaycan rabitə və yüksək texnologiyalar sektorunda mövqelərini davamlı olaraq möhkəmləndirir
26.07.2014 [10:44]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2014-cü ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb. Qeyd edilib ki, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunub. Rabitə və yüksək texnologiyalar sektorunda da uğurlu inkişaf tendensiyası davam edir və bu, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” (“The Global Information Technology Report 2014”) hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. BMT-nin “E-Hökumət müayinəsi 2014” hesabatında Azərbaycan “Elektron hökumətin inkişafı indeksi” üzrə 28 pillə irəliləyərək 193 ölkə arasında tutduğu 96-cı yerdən 68-ci yerə yüksəlib.
Daha sonra kollegiya iclasında ilin birinci yarısında görülən işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, 2014-cü ilin birinci yarısında informasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz artıb. Hazırda ölkədə hər 100 nəfərə 110 mobil abunəçi və 73 internet istifadəçisi düşür. Hər yüz nəfərdən 55-i genişzolaqlı internetdən, 62-si isə kompyuterdən istifadə edir. Beynəlxalq internet kanallarının ümumi tutumu 250 giqabayt-saniyəyə çatdırılıb. Eyni zamanda, ölkə əhalisinin yaşadığı ərazilərin 97,5 faizi rəqəmli televiziya yayımı ilə təmin edilib.
Sonra nazirliyin bir sıra struktur rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə olunub.
Kollegiyaya yekun vuran Əli Abbasov kosmik sahənin, o cümlədən peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirildiyini, internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldildiyini, genişzolaqlı rabitənin təşkilinə hazırlıq görüldüyünü bildirib. Nazir elektron xidmətlərin tətbiqi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, kibertəhlükəsizlik sahəsində insidentlərə qarşı mübarizə infrastrukturunun gücləndirilməsi, ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması barədə müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında keyfiyyətli və dayanıqlı telekommunikasiya xidmətlərinin təmin edilməsi ümdə vəzifə olaraq qarşıya qoyulub.
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40

