Göygöl-Gəncə magistral su kəməri istifadəyə verilib
16.09.2014 [09:56]
Azərbaycan Respublikası Hökumətinin Almaniya İnkişaf Bankı (KFW) və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi “Açıq kommunal infrastruktur proqramı” layihəsi çərçivəsində inşa edilmiş Göygöl-Gəncə magistral su kəməri istifadəyə verilib.
Su kəmərinin açılış mərasimində çıxış edən Baş nazirin müavini Abid Şərifov Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının prioritet məqsədlərindən danışıb, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq 38 şəhər və rayon mərkəzlərində su və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu işin icrası üçün beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq yüksək səmərə verib.
Abid Şərifov daha sonra deyib ki, Azərbaycan Hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddət ərzində bank tərəfindən müxtəlif layihələrə 600 milyon avrodan çox kredit ayrılıb. Bu vəsait iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kommunal infrastruktura yönəldilib. Hazırda 250 milyon avro məbləğində əlavə kreditin ayrılması üzrə danışıqlar davam etdirilir.
Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Göygöl-Gəncə magistral su kəmərinin istifadəyə verilməsini bu qədim şəhərin həyatında əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, uzun illər içməli su problemi ilə üzləşən şəhər əhalisinin arzusu dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gerçəkləşib. Göygöl-Gəncə magistral su kəməri inşa olunub, bu da şəhərə saniyədə 200 kubmetr suyun daxil olması deməkdir. Yaxın vaxtlarda isə şəhərə Qızılqaya və Şəmkir dəryaçasından saniyədə 1300 kubmetr suyun daxil olması üçün tədbirlər görülür.
Açılış mərasimində çıxış edən “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Gəncədə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə barədə ətraflı məlumat verib. O deyib ki, Gəncə şəhərində tikinti-quraşdırma işlərinə 2011-ci ilin sentyabr ayında başlanılıb. Birinci mərhələdə su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi nəzərdə tutulmuşdu. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi qərara alınmışdı. Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək 3 mənbə - Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay Su Anbarı seçilmişdi. Bu gün istifadəyə verilən su xətti məhz həmin layihənin birinci mərhələsidir. Qızılqaya mənbəyində bərpa işləri uğurla davam etdirilir. Burada 2000 kubmetrlik su anbarı tikilib, 9,5 kilometr anbarlararası su xətləri çəkilib. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd su anbarının tikintisi davam etdirilir.
Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə paralel olaraq Gəncə şəhərinin daxilində də içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılıb. Layihəyə əsasən, şəhərdə 576 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılır. Artıq içməli su xəttinin 42 kilometrlik hissəsi tikilərək 644 ünvana birləşdirilib. Eyni zamanda, 119 binada 7000 abonent “Smart-kart” tipli sayğaclarla təmin edilib. Şəhərin müxtəlif küçə və məhəllələrində 67 ədəd yanğın hidrantı quraşdırılıb. Gəncədə tikintisi nəzərdə tutulan 582 kilometr uzunluğunda kanalizasiya xəttinin 43 kilometrlik hissəsində işlər yekunlaşdırılıb. Ümumiyyətlə, 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər bu layihədən faydalanacaqdır.
Açılış mərasimində Almaniya Bundestaqının iqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl çıxış edərək Azərbaycan və Almaniya hökumətlərinin birgə əməkdaşlığının verdiyi bəhrələrdən danışıb, bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra Baş nazirin müavini Abid Şərifov, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Almaniya Federativ Respublikası Parlamentinin (Bundestaq) iqtisadiyyat və energetika komissiyasının sədri Peter Ramsauer, Bundestaqın iqtisadi əməkdaşlıq komissiyasının sədri Dagma Vöhrl, Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel, Almaniya İnkişaf Bankının Azərbaycan üzrə direktoru David Betolazan birlikdə açılışı bildirən düyməni basaraq suyu magistral xəttə buraxıblar.
Fazil İsmayılov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58

