Azərbaycan və İran müştərək media komissiyası yaradacaqlar
11.10.2014 [10:53]
Oktyabrın 10-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə radio və televiziyada birgə yayımların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Əli Abbasov Azərbaycan və İran prezidentləri İlham Əliyevlə Həsən Ruhani arasında keçirilən görüşlərdən sonra münasibətlərin inkişafında yeni mərhələnin başlandığını diqqətə çatdırıb. “Bu münasibətlərin inkişafında televiziya və radioların, medianın böyük rolu var. Buna görə də sizin Azərbaycana səfərinizə xüsusi əhəmiyyət veririk”, - deyə nazir vurğulayıb.
İzzətullah Zərqami də iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirərək deyib: “Mən bu əlaqələrin inkişafındakı rolunuzu görür və yüksək dəyərləndirirəm. Bu əlaqələr iki xalq arasındakı mövcud dostluq münasibətlərinə müsbət təsir göstərir. Hər iki ölkənin KİV-ləri münasibətlərin inkişafında mühüm rola malikdir. Ümid edirəm ki, media üzərinə götürdüyü bu vəzifəni bundan sonra da uğurla davam etdirəcək”.
Görüşdə Ə.Abbasov Azərbaycanla İran arasında televiziya və radio işlərini tənzimləyəcək komissiyanın yaradılması təklifi ilə çıxış edib. Nazir deyib ki, hazırda teleradio yayımını həyata keçirən qurumlarla danışıqlar aparılır və müəyyən qərarlar qəbul edildikdən sonra bu haqda ətraflı məlumat veriləcək: “Bir neçə il əvvəl Azərbaycan və İran televiziyalarında insanları qıcıqlandıran verilişlər olurdu. Çox yaxşı ki, belə hallara son qoyulub. Sizin bu səfəriniz çərçivəsində müştərək media komissiyası ilə bağlı ətraflı müzakirələr aparılacaq. Müzakirələrdən sonra birgə komissiyanın yaradılması üçün bəzi hüquqi prosedurlar müəyyənləşdiriləcək”.
İ.Zərqami təklifi məmnuniyyətlə qəbul etdiklərini bildirərək mətbuatla bağlı məsələlərin diqqətlə araşdırılmasına ehtiyac olduğunu deyib. Qonaq ölkələrin televiziyaları tərəfindən birgə proqram və verilişlər hazırlanmasını istədiklərini də bildirib. Onun fikrincə, informasiya texnologiyalarının sürətli inkişafı gələcəkdə internet kanalları vasitəsi ilə bütün proqramları əhatə etməyə imkan yaradır.
Görüşdə birgə komissiyanın fəaliyyəti ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxElm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:55
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36

