Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan manatı MDB və Şərqi Avropa məkanında ən sabit valyuta olaraq qalır

Azərbaycan manatı MDB və Şərqi Avropa məkanında ən sabit valyuta olaraq qalır

06.01.2015 [09:46]

Azərbaycan manatı MDB və Şərqi Avropa məkanında ən sabit valyuta olaraq qalır. Bu fikir Belarusun “Delovaya qazeta” saytında yerləşdirilmiş “MDB və Şərqi Avropa ölkələrinin valyuta məzənnələrinin dinamikası (infoqrafika və proqnoz)” adlı məqalədə səslənir.
Materialda qeyd edilir ki, dekabr ayında Belarus rublu 2013-cü ilin payızından bəri ilk dəfə, IV rübdə və II yarımillikdə MDB və Şərqi Avropa ölkələrinin valyutaları arasında devalvasiya üzrə lider olub. Bütövlükdə 2014-cü ildə ən çox ucuzlaşan Ukrayna qrivnasıdır. Azərbaycan manatı isə bu məkanda ən sabit valyuta olaraq qalır.
Dünya bazarlarında Amerika dollarının mövqeyinin möhkəmlənməsi davam edir. ABŞ dollarının altı əsas valyuta - avro, yapon iyenası, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankından ibarət valyuta səbətinə nisbətini göstərən USDX indeksinin qiyməti dekabrın axırlarında 90 bənd olub. Bu indeksin tarixi minimumu (70 bənd) 2008-ci ilin martında, onun tarixi maksimumu isə (148 bənd) 1985-ci ilin əvvəlində qeydə alınıb.
Təbii ki, Avropa qitəsinin bütün valyutaları, o cümlədən avro özü də il ərzində bahalaşmaqda olan dollarla müqayisədə zəifləyib.
Məqalədə deyilir ki, 2014-cü il ərzində öz valyutasının Amerika dollarına nisbətdə devalvasiyasına imkan verməmiş yeganə ölkə Azərbaycandır. Nəşrdə bildirilir ki, manatın dollara nisbəti hətta 0,01 faiz artıb.

Paylaş:
Baxılıb: 1316 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30