Şəmkirdə “Yeni baxış, yeni imkanlar - Şəmkir Aqropark” adlı Biznes Forum keçirilib
17.01.2015 [11:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi və Onun tapşırığı ilə həyata keçirilən Şəmkir çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan “Şəmkir Aqropark”ın yaradılmasını şərtləndirib. Yanvarın 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə aqropark layihəsinin təqdimatına dair forum keçirilib. Forumun keçirilməsində əsas məqsəd təməli dövlət başçısı tərəfindən qoyulmuş “Şəmkir Aqropark”ında yaradılacaq istehsal və emal müəssisələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məsələlərinin müzakirə edilməsi olub.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbiri giriş sözü ilə açaraq, forumun əsas məqsədi və “Şəmkir Aqroparkı”nın regional iqtisadiyyatın inkişafındakı rolu, dövlət tərəfindən bu layihəyə mühüm əhəmiyyət verilməsi barədə danışıb.
“ŞəmkirAqropark” MMC-nin direktoru Zəfər Novruzov layihə və onun investisiya imkanları, innovativ-texnoloji yeniliklər barədə forum iştirakçılarına məlumat verib. Qeyd olunub ki, forumun məqsədi potensial investorları və geniş ictimaiyyəti məlumatlandıraraq, bu yolla həmin sahəyə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.
Sonra Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev “Dövlətin Aqroparka verdiyi dəstək”, iqtisadçı alim Mikayıl Rəhimov “Şəmkir Aqropark”ın kənd təsərrüfatı mədəniyyətində mühüm rolu” mövzularında çıxış edib, İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “MafRoda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələrinin təqdimatları dinlənilib. Forumda çıxış edənlər vurğulayıblar ki, “Şəmkir Aqropark”ın yaradılması aqrar sahənin inkişafına ciddi təkan verəcək, sahibkarların becərdikləri məhsulların çeşidlənməsi, qablaşdırılması, satışın reallaşdırılması, aqrar sahədə innovativ fəaliyyətin genişləndirilməsində mühüm rol oynayacaq.
Qeyd olunub ki, “Şəmkir Aqropark” keyfiyyətindən asılı olmayaraq, əhalinin yetişdirdiyi bütün kənd təsərrüfatı məhsullarını alacaq. Eyni zamanda, sakinlərə “Aqropark”da yaradılmış imkanlardan bəhrələnmək, müxtəlif məhsul növlərinin yetişdirilməsi ilə bağlı tövsiyələr almaq, məhsuldarlığın artırılması üçün daha keyfiyyətli şitillər əldə etmək imkanı yaradılacaq.
Aqroparkların yaradılması ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Tədbirin sonunda “Şəmkir Aqropark” MMC ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “MafRoda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələri arasında gələcək əməkdaşlığın ümumi əsaslarının müəyyən edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.
Biznes Forumunda dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, iqtisadçı alimlər, Kənd Təsərrüfatı Nazirliyinin, Şəmkir RİH-in nümayəndələri, Sahibkarlığa Kömək Milli Fondunun, “SynergyGroup”, “AtaHoldinq” ASC-lərin rəhbərləri, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının, kənd təsərrüfatı sahəsində qabaqcıl Avropa şirkətlərinin nümayəndələri, yerli və xaricdə fəaliyyət göstərən çoxsaylı azərbaycanlı sahibkarlar və KİV nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Şəmkir Aqropark” - bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir. O, regional kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin yaradılması, istehsalçı, emalçı və istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında mühüm rol oynayır. “Şəmkir Aqropark” MMC-nin tərkibində Logistika mərkəzinin, şitilçilik və tingçilik kompleksinin, avtoparkın, elmi araşdırma və innovasiya mərkəzinin, ofis binası, hotel və müvafiq infrastrukturun, aqroservisin, müasir istixana kompleksinin, intensiv bağçılığın, soyuducu anbarın (kartof), satış mərkəzlərinin, meyvə və tərəvəz emalı zavodlarının yaradılması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

