/ / “Bakı-2015” birinci Avropa Oyunlarında telekommunikasiya xidmətləri yüksək səviyyədə təmin olunacaq
“Bakı-2015” birinci Avropa Oyunlarında telekommunikasiya xidmətləri yüksək səviyyədə təmin olunacaq
30.05.2015 [11:22]
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakı-2015” birinci Avropa Oyunları zamanı radiotezliklərdən və radioelektron vasitələrdən maneəsiz istifadə, radioelektron vasitələrinə müvafiq tezliklərin ayrılması və qeydiyyatı məqsədilə alınan mobil və portativ tipli radiomonitorinq, test-sınaq avadanlığının, proqram təminatlarının, Bakı şəhəri və Abşeron yarımadasında efirə avtomatik radionəzarəti təmin etmək üçün Mehdiabad qəsəbəsində qurulmuş Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə və müvafiq mütəxəssislərdən təşkil olunmuş radiomonitorinq qruplarının oyunlara hazırlıq vəziyyətinə baxış keçirib. Tədbirdə radiomonitorinq avadanlığının, tezlik analizatorlarının, test sınaq avadanlığının texniki imkanları, idman oyunlarında istifadə ediləcək tezliklərə yarana biləcək maneələrin operativ təyin edilməsi və aradan qaldırılması, radioelektron vasitələrinin parametrlərini yeni texnologiyanın tətbiqi ilə yoxlanılması barədə ətraflı məlumat verilib. Bu avadanlıq üzrə yüksək ixtisaslı mütəxəssislərin bacarıqları nümayiş etdirilib.
Sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) bu qurumun birlik və müəssisələrinin birinci Avropa Oyunlarına hazırlıq üzrə RYTN və Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) arasında rəhbər komitənin sayca 19-cu - sonuncu iclası keçirilib.
Nazir Əli Abbasov birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyətini qeyd edib. Ə.Abbasov hazırlıq dövründə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyini və başa çatdırıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, nazirliyin rabitə birlik və müəssisələri, digər əlaqədar strukturları BAOƏK-lə birgə səmərəli fəaliyyət göstərib. Oyunların keçiriləcəyi məkan və təşkilati binalar BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib və yüksəksürətli internet rabitəsi ilə təmin olunub. Həmçinin, radio rabitə xidmətlərinin və mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib, tələb olunan radiotezliklər müəyyən olunub. Oyun və məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri tamamlanıb. Eyni zamanda, oyun məkanlarındakı yarışların yayımının Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və “Azərspace-1” peyki vasitəsilə yayımının təşkili təmin edilib.
“Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təminatında problem yaranmayacağını vurğulayıb.
Bildirilib ki, birinci Avropa Oyunlarının keçiriləcəyi oyun məkanlarının və təşkilati binaların dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsinə dair layihələr əsasında, ümumilikdə 288 kilometr optik kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb. Eyni zamanda, Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinqi üzrə yeni sistem alınıb quraşdırılıb. Oyun və təşkilati məkanlar mobil rabitə xidmətləri ilə təmin olunub. Radiotezliklərin müdafiəsinin təşkili üçün alınmış avtomobillər xüsusi avadanlıqla təchiz edilib. Oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri başa çatdırılıb. Məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir. “Baku-2015” üzrə internetin təşkilində bulud sistemindən istifadə olunur.
Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə və internet xidmətlərinin təşkilinə, dövlət və strateji internet saytlarının mühafizəsinə və informasiya təhlükəsizliyinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanallarına, stasionar və mobil telefon xidmətilərinə, “Azerspace-1” peykinin oyunların yayımında istifadəsinə dair məlumatlar dinlənilib.
Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında ABŞ-ın “Global Wireless Solutions” şirkətinin eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə olunub. Mobil operatorların rəhbərlərinin monitorinqin nəticələri və oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatlar dinlənilib.
Nazir yekun çıxışında telekommunikasiya, radio-televiziya, internet və mobil rabitə xidmətlərinin, radiotezliklərin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının və obyektlərinin etibarlı işinin təşkil olunması, həmçinin mühafizəsinin daha da gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Ə.Abbasov telekommunikasiya xidmətləri ilə təchizat və radiotezliklərlə təminat üzrə hazırlığın lazımi səviyyədə olduğunu qeyd edib və oyunların yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

