/ / Azərbaycan və Fransa arasında kosmik və nüvə tədqiqatları üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və Fransa arasında kosmik və nüvə tədqiqatları üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
07.07.2015 [10:02]
İyulun 6-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Fransa arasında kosmik və nüvə tədqiqatları üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, o cümlədən, kosmik sənayenin inkişafı, nanotexnologiyaların və nüvə tədqiqatlarının genişləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Nazir, həmçinin yüksək texnologiyaların tətbiqi ilə Fransa şirkətləri tərəfindən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasını xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.
Nümayəndə heyətinin rəhbəri Matias Fekl Azərbaycanın İKT sektorunda Fransa şirkətlərinin iştirakından və ilk peykin kosmik fəzaya buraxılmasında fransız maliyyə təsisatlarının verdiyi töhfədən məmnunluğunu ifadə edib. O, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib və həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.
Nazir Əli Abbasov fransız şirkətləri ilə əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını, eyni zamanda İKT sahəsində qurulan münasibətlərin siyasi münasibətlərin daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Görüşdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59

