/ / Azərbaycan ilə İraq arasında Birgə Komissiyanın ikinci iclası bu ilin sonunadək Bağdadda keçiriləcək
Azərbaycan ilə İraq arasında Birgə Komissiyanın ikinci iclası bu ilin sonunadək Bağdadda keçiriləcək
13.08.2015 [10:07]
Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası bu ilin sonunadək Bağdadda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Əli Abbasovun İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə keçirdiyi görüşdə razılıq əldə olunub.
Ölkələrimiz arasında münasibətlərin dinamik inkişafına toxunan Ə.Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində iqtisadi, ticarət, elmi, texniki və mədəni sahələr kimi rabitə və yüksək texnologiyalar istiqamətinin də prioritet əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir iki ölkə arasında bu sahədə yaranan əlaqələrin hazırda yeni müstəviyə qədəm qoyduğunu, aparılan danışıqların məntiqi nəticəsi olaraq, tərəflər arasında əməkdaşlıq imkanlarının genişləndiyini və Azərbaycanın bu istiqamətdə İraqla öz təcrübəsini paylaşmağa hazır olduğunu vurğulayıb.
İraq və Azərbaycan arasında bütün sahələrdə yaxın dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak hər iki ölkənin tarixi köklərində ümumi cəhətlərin olduğunu bildirib.
Ə.Abbasovun həmsədrliyi ilə Bakıda keçirilmiş Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının uğurlu nəticələrindən söz açan diplomat bu görüşün iki ölkə arasında gələcək münasibətlərin inkişafına təkan verdiyini bildirib.
Görüşdə Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının bu ilin sonunadək Bağdadda keçirilməsi qərara alınıb, həmçinin yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25

