Prezidentin qərarı ölkədə sahibkarlıq fəaliyyətinə yeni nəfəs verdi
31.10.2015 [09:34]
Cəmil Muradov: Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması tezliklə öz müsbət nəticəsini verəcək
Sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, lisenziya verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaradırdı. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən 26 oktyabr tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun imzalandı. Yeni qanunla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Dövlət başçısı tərəfindən imzalanan sözügedən sənəd iş adamları tərəfindən rəğbətlə qarşılanıb. Sahibkarlar bu addımın ölkədə istehsal və xidmətlərin həcminin, eləcə də keyfiyyətin yüksəlməsinə təkan verəcəyinə əmindirlər. “Gilan Holdinq”in baş direktoru Cəmil Muradov əməkdaşımızla söhbətində Prezidentin bu addımını alqışladıqlarını bildirib.
C.Muradov deyib ki, Prezident İlham Əliyevin Milli Məclis qarşısında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunvericilik təşəbbüsü ilə çıxış etməsi və 2015-ci il noyabrın 1-dən yoxlamaların 2 il müddətinə dayandırılması, əslində, fövqəladə hadisə oldu. Bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə nəfəs verməklə yanaşı, sözügedən sahədə dövlət tərəfindən yeni bir stimul təsiri bağışlayacaq. Cəmil Muradov daha sonra qeyd edib ki, sahibkarların fəaliyyətinə lüzumsuz müdaxilələr, eləcə də yoxlamaların dayandırılması ölkə iqtisadiyyatının güclənməsi, dövlət büdcəsinə daxilolmaların həcmini artırmaqla yanaşı, sahibkarlar arasında vergi mədəniyyətinin formalaşmasına da müsbət təsir edəcək. Artıq sahibkarlar, ən azından, qarşıdakı 2 il ərzində könüllü olaraq vaxtlı-vaxtında dövlətə vergiləri ödəyəcəklər. Bundan əlavə, yersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərinə qənaət etməyə imkan verməklə, yeni iş yerlərinin sayını artırmağa şərait yaradacaq. Başqa sözlə, son islahatlar məşğulluğun tam təmini baxımından da böyük təsirlərə malik olacaq. Bu, bilavasitə əmək qabiliyyətli əhalinin daha yüksək maaşlı və dayanıqlı işlə təmin olunması, eləcə də biznes mühitinin daha da sağlamlaşdırılması imkanları deməkdir.
Cəmil Muradov hesab edir ki, Prezidentin imzaladığı yeni qanuna müvafiq olaraq sahibkarlıq subyektlərinə lisenziyaların “ASAN xidmət”lər vasitəsi ilə verilməsi ölkədə vüsət alan korrupsiyaya qarşı mübarizəyə də öz töhfəsini verəcək. Belə ki, dövlət başçısının bundan əvvəl imzaladığı Fərmanda elektron lisenziya portalının yaradılmasının sürətləndirilməsi nəzərdə tutulub. Başqa sözlə, bundan sonra sahibkarlıq subyektləri dövlət orqanlarına gəlmədən “ASAN xidmət” vasitəsi ilə lisenziyalar ala biləcəklər ki, bu da sahibkarların dövlət məmurları ilə birbaşa təmaslarını aradan qaldıracaq, rüşvət amilini sıfra endirəcək. “Cənab Prezident İlham Əliyevin bu qərarı da yalnız öz müsbət nəticələrini verəcək. Bu, bir daha göstərir ki, dövlət başçısı İlham Əliyev siyasi iradə ortaya qoyaraq həm korrupsiyaya qarşı mübarizənin ardıcıl, məqsədyönlü bir siyasət olduğunu göstərdi, eyni zamanda, bazar iqtisadiyyatı kursu ilə gedən bir ölkədə kiçik və orta sahibkarlığın qorunması və inkişaf etdirilməsinə dövlətin sadiq qaldığını sübut etdi”, - deyə Cəmil Muradov vurğulayıb.
Baş direktor həm də hesab edir ki, Prezidentin bu təşəbbüsü bazar iqtisadiyyatı sistemində işləyən ölkəmiz üçün çox uğurlu bir addımdır. “Düşünürəm ki, sahibkarlığın inkişafında, əsasən də orta və kiçik sahibkarlığın inkişafında bu qanunun çox böyük rolu olacaq. İqtisadiyyatın inkişafı üçün atılan bu addım gələcəkdə də bazar iqtisadiyyatı sistemində işləyən ölkəmiz üçün çox uğurlu addım olacaq. Heç şübhə yoxdur ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması tezliklə öz müsbət nəticəsini verəcəkdir. Bir sözlə, yeni qanun ölkədə məhz sağlam ruhda və təşəbbüsdə olan, gəlir gətirən fəaliyyətlə məşğul olanlar üçün əlverişli imkanlar yaradacaq və bilavasitə bu sahədə maraqları daha da inkişaf etdirəcək”, - deyə Cəmil Muradov vurğulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37

