İstanbulda XIX Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir
07.04.2016 [10:13]
Zirvə toplantısına AZƏRTAC da informasiya dəstəyi verir
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 6-da İstanbulda XIX Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi Zirvə toplantısında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Natiq Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Milli Məclisin deputatı Nizami Cəfərov, ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri daxildir.
Energetika naziri Natiq Əliyevin sədrliyi ilə keçirilən tədbirdə əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Prezident İlham Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub. Təbrik məktubunda bildirilir ki, artıq Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi toplantılar regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. Qlobal iqtisadi böhranın davam etməsinə, bəzi ölkələrdə silahlı münaqişələrin və terror hadisələrinin artmasına baxmayaraq, sonuncu Sammitdən ötən dövr ərzində regionun inkişafı üçün müstəsna əhəmiyyətə malik olan irimiqyaslı layihələrin icrası davam etməkdədir. Ölkəmizdə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən bəhs edilən məktubda, həmçinin təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə toxunulur. Qeyd olunur ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində indiyədək həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region dövlətləri və xalqları arasında əməkdaşlığın genişlənməsinə ciddi maneə olaraq qalır. Xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmək istəmir.
Bildirilib ki, tədbirdə 40 ölkədən dövlət və hökumət rəhbərləri, nazirlər, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, həmçinin sabiq dövlət və hökumət başçıları, KİV və QHT nümayəndələri iştirak edirlər.
İki gün davam edəcək Sammit çərçivəsində “İpək yolu iqtisadiyyatı”, “Energetika”, “Məcburi miqrasiya”, “Terrorizm” və digər mövzulara dair panellərdə müzakirələr aparılacaq.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin məruzəsi dinlənilib. O, Zirvə toplantısının önəmindən, iştirakçıların inkişaf və tərəqqiyə, separatizmə və terrorçuluğa qarşı mübarizəyə böyük əhəmiyyət verməsindən danışıb. Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar siyasəti beynəlxalq hüquqa və insanlığa qarşı dözülməz bir cinayət kimi dəyərləndirən Akkan Suver işğalçı qoşunların qanunsuz yerləşdiyi torpaqlardan çıxmaq tələbinin Azərbaycan dövlətinin haqqı olduğunu diqqətə çatdırıb.
Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, İstanbul Hazır Toxuculuq Mallarının İxracatı Birliyinin sədri Hikmət Tanrıverdi, Çin Xalqı Sülh və Silahsızlaşdırma Təşkilatının sədr müavini Yu Hongjun və başqaları çıxış ediblər. Onlar separatizm fəaliyyətlərinin və terror aktlarının iqtisadi inkişafa, xalqlararası əlaqələrə, insanların rifahına vurduğu zərərlərdən söhbət açıb, bu cür halların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıblar.
Zirvə toplantısı işini aprelin 7-də davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08

