Bakıda BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb
13.07.2016 [09:47]
İyulun 12-də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, həmçinin 2030-cu ilədək yeni Dayanıqlı İnkişaf Məqsədlərini (DİM-lər) özündə ehtiva edən Dayanıqlı İnkişaf Gündəliyinin icrasını dəstəkləmək məqsədilə 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə (UNAPF) sənədi imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai imzalayıblar.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Ş.Mustafayev Çərçivə Sənədi hazırlanarkən milli, inkişaf məsələləri üzrə beynəlxalq tərəfdaşlarla, özəl sektor, vətəndaş cəmiyyəti və elm ictimaiyyətinin nümayəndələri ilə strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələrin keçirildiyini qeyd edib. Nazir UNAPF-ın Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ifadə olunmuş məqsədlərə əsaslandığını vurğulayıb. Bildirib ki, strateji çərçivə sənədi üç sahəni - artan şaxələndirilmə və layiqli əməyi özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi, institusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər, ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması üzrə dəstək tədbirlərini nəzərdə tutur.
Ş.Mustafayev, həmçinin Azərbaycan-BMT əlaqələrindən danışaraq mühüm hadisə kimi ölkəmizin 2011-ci ildə 2 illik müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edib.
İqtisadiyyat naziri çıxışında Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il ərzində Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnamənin qəbul olunduğunu, qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələblərinin irəli sürüldüyünü, lakin məlum qətnamələrin müddəalarının indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.
Nazir sənəddə nəzərdə tutulan strateji fəaliyyət sahələri üzrə iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı artımı və gənclər, qadınlar, əlilliyi olan insanlar və digər həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə şəraitin yaradılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayıb: “UNAPF-da, həmçinin keyfiyyətli dövlət və sosial xidmətlərin hamı üçün əlçatan olması, habelə ətraf mühit və təbii resursların idarə olunması, enerji səmərəliliyi və bərpa olunan enerji, iqlim dəyişikliyi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılıq və sair məsələləri əksini tapıb”.
Qeyd edib ki, Çərçivə Sənədində inklüzivliyə, elektron xidmətlərinin genişləndirilməsinə, sənaye zonaları və məhəllələrinin yaradılmasına, kənd təsərrüfatı, turizm və sair sahələrinin inkişafına, cəmiyyətdə gənclərin rolunun artırılmasına, gender bərabərliyinə, milli statistikanın təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilib. UNAPF üzrə aparılan işlər hazırkı iqtisadi şəraitdə yeni iqtisadi modelə keçməkdə, təkan verməkdə yardımçı olacaq, bu istiqamətdə islahatların aparılmasına dəstək göstərəcək.
“İmzalanan BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi növbəti beş ildə ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına və beynəlxalq qurumlarla keçirəcəyimiz birgə fəaliyyətə öz töhfəsini verəcək”, - deyə Ş.Mustafayev bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanın BMT və bu mötəbər təşkilatın qurumları ilə səmərəli əməkdaşlığını qeyd edib, sənəddən irəli gələn vəzifələr barədə məlumat verib. O, Çərçivə Sənədində nəzərdə tutulan istiqamətlərin “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uzlaşdırıldığını vurğulayıb.
“UNAPF 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf üzrə BMT Zirvə Görüşündə 192 üzv ölkə ilə yanaşı, Azərbaycanın da rəsmən təsdiq etdiyi 2030-cu ilədək yeni Dayanıqlı İnkişaf Məqsədlərini özündə ehtiva edən Dayanıqlı İnkişaf Gündəliyinin icrasında hökuməti dəstəkləmək üçün həm də BMT-nin müştərək öhdəliyidir”, - deyə Q.İsakzai vurğulayıb.
Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycan və BMT arasında uğurlu əlaqələrdən danışaraq əməkdaşlığın istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan son illər ərzində çox böyük iqtisadi inkişaf yolu keçir.
“Bütün inkişaf etməkdə olan və inkişaf yoluna qədəm qoymuş ölkələr problemlər və çətinliklərlə üzləşir, eyni zamanda, nailiyyətlər əldə edir. Hesab edirəm ki, bu sənəd bütün bu proseslərdə Azərbaycanın üzləşdiyi və üzləşə biləcəyi problemləri, çətinlikləri nəzərə alaraq vəzifələri müəyyən edir”, - deyə B.Muradova əlavə edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Azərbaycanın BMT ilə digər sahələrlə yanaşı, mədəniyyət və turizm sahəsində də əməkdaşlıq etdiyini deyib. 2017-ci ilin BMT-də Davamlı turizm ili elan olunduğunu vurğulayan Ə.Qarayev turizm təhsili sahəsində BMT qurumları ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Nazir deyib ki, imzalanan sənəd Azərbaycan hökuməti və bu qurum arasında daha geniş əməkdaşlığın, səmərəli işlərin görülməsinə əsas verir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə gender bərabərliyi və bu sahədə əlaqələrin genişləndirilməsi məsələləri barədə fikirlərini bildirib. “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT ilə çox güclü əməkdaşlığı mövcuddur”, - deyə H.Hüseynova vurğulayıb.
Çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan ilə BMT qurumları arasında iqtisadi əməkdaşlıq haqqında danışaraq Çərçivə Sənədinin əhəmiyyətini diqqətə çatdırıb.
BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nato Alhazişvili milli inkişaf prioritetləri və 2016-2020-ci illər üçün UNAPF-ın Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış strateji sahələri barədə təqdimatla çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49

