Vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” layihəsinə start verildi
03.12.2016 [12:32]
Vergilər Nazirliyi ölkə Prezidentinin vergi orqanları qarşısında qoyduğu tələblərin vaxtında və keyfiyyətlə icrası, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri uğurla davam etdirməkdədir.
Vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi çərçivəsində aparılan işlər nəticəsində hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 97 faizi isə elektron formada təqdim olunur. Bununla yanaşı, ölkənin müxtəlif regionlarında 57 müasir xidmət mərkəzi vergi ödəyicilərinin ixtiyarına verilib. Bu istiqamətdə aparılan genişmiqyaslı islahatlar ölkə ərazisində könüllü əməletmənin səviyyəsinin artımına və vergi ödəyicilərinin vergi orqanları ilə münasibətlərinin partnyorluq müstəvisinə keçirilməsinə böyük töhfə verib. Ölkə Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə 11 və aparılacaq islahatlar üzrə 21 istiqaməti müəyyən edib. Bu islahatların mühüm istiqamətləri çərçivəsində vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərinin daha da genişləndirilməsi və şəffaflığının artırılması, eləcə də intizamlı vergi ödəyiciləri ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, hazırda “Könüllü vergi açıqlaması” (Voluntary tax disclosnre), “vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (Advance tax ruling) və s. kimi müasir institutların vergi qanunvericiliyinə gətirilməsi üzrə işlər aparılır.
Sərəncamdan irəli gələn tapşırıqların icrası, intizamlı vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi, vergitutma sahəsində fəaliyyətinin uçotda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb.
Vergilər nazirinin müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində yaradılan “Şəffaf Vergi Partnyorluğu” idarələri artıq bu gündən vergi ödəyicilərinə xidmətə başlayıb.
Şəffaf vergi partnyorluğu idarələrinin xidmət göstərəcəkləri vergi ödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, riskli əməliyyatlarla bağlı vergi orqanları ilə qarşılıqlı şəkildə məsələlərin həlli istiqamətində tədbirlər görən ödəyicilər aid ediləcəkdir. Bu günə Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı 430-dan yuxarıdır.
Həmin strukturlar qeyd olunan ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, onların təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcəkdir.
Bundan başqa, şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət edilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin həmin idarələrlə razılaşdırılması və əlaqələndirilməsi təmin ediləcəkdir. İntizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vaxtlarına qənaət etməsinə, vergi öhdəliklərini rahat və qısa zaman kəsiyində həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergi ödəyicilərini də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaqdır.
Bütün bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergi ödəyicilərinin hüquqlarının genişlənməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03

