Vergilər Nazirliyində görüş keçirilib
06.12.2016 [09:56]
Dekabrın 5-də vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. F.Məmmədov Azərbaycanla Pakistan arasında mövcud olan yüksək siyasi əlaqələr və strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, ölkələrimiz arasında əlaqələrin ildən-ilə genişləndiyini və bütün sahələri əhatə etdiyini bildirib. Azərbaycanla Pakistan arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrə toxunan nazir ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin bu əlaqələrə xüsusi təkan verdiyini bildirib və iqtisadi əlaqələrin dərinləşdirilməsi zərurətini vurğulayıb.
F.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, sahibkarlığın inkişafı, xarici investorlar üçün yaradılmış şərait və ölkədəki biznes mühiti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan son illər böyük miqdarda xarici investisiyalar cəlb etməyə nail olub və regionda bu göstəriciyə görə lider ölkədir. Azərbaycan iqtisadiyyatı xarici təsirlərə dayanıqlılığını nümayiş etdirir, ölkədə xarici investisiyaların qorunması və biznesin aparılması üçün əlverişli şərait mövcuddur.
Ölkəmizin vergi sistemində aparılan modernləşmə prosesi ilə bağlı qonağı ətraflı məlumatlandıran vergilər naziri bu islahatların əsas məqsədinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün daha əlverişli şərtlərin yaradılması, vergi ödəyicilərinə yüksək xidmətlərin göstərilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Pakistanın federal ticarət naziri Xürrəm Dastgir Xan ölkələr arasındakı qarşılıqlı iqtisadi və ticari əlaqələrin inkişafında hər iki ölkənin müvafiq qurumlarının önəmli rolunun olduğunu bildirərək, Azərbaycanda iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, investisiya parkları, istehsal müəssisələri və digər iqtisadi və ticari imkanlarla daha yaxından tanışlığa ehtiyac duyduqlarını bildirib.
Xürrəm Dastgir Xan Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafın böyük maraqla qarşılandığını, iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin iqtisadi müstəviyə keçirilməsinin zəruriliyini qeyd edib, ticari və iqtisadi potensialın yüksək olduğunu, xüsusilə əczaçılıq sənayesində qarşılıqlı iqtisadi maraqların mövcudluğunu bildirib və Azərbaycan-Pakistan biznes forumunun iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsi baxımından faydalı olacağını vurğulayıb.
Xürrəm Dastgir Xan hər iki ölkənin vergi və gömrük xidmətləri arasında əlaqələrin dərinləşdirilməsi, təcrübə mübadiləsi aparılmasının da vacibliyini qeyd edib.
Görüşdə yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, həçminin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

