ADA Universitetində “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb
16.12.2017 [01:00]
BP və tərəfdaşlarının dəstəyi ilə Azərbaycanda ilk dəfə ADA Universitetində “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də bu münasibətlə keçirilən tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev mərkəzin yaradılmasının ölkənin akademik cəmiyyəti üçün çox vacib olduğunu deyib: “Mərkəz bütün sahələr üzrə tədqiqat bacarıqlarının genişləndirilməsinə və tədqiqat ekosisteminin inkişaf etdirilməsinə kömək edəcək”.
Hafiz Paşayev qeyd edib ki, İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu iş sahəsi və lazımi hesablama avadanlıqları ilə təchiz olunan laboratoriya yaratmaqla mərkəzin fəaliyyətə başlamasında əsas rol oynayıb: “Əminəm ki, mərkəz akademik cəmiyyət və sektorlar arasında olan qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirəcək”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “BP və tərəfdaşları bu yeni “Big Data” Mərkəzini açmaqdan məmnunluq duyur. Mərkəz bu qəbildən olan ilk və mən deyərdim ki, unikal tədqiqat ocağıdır. Bu, ölkədə yeni sənaye sahəsinin inkişafına təkan verəcək. İnanırıq ki, bu, ölkənin qlobal “big data” bazarının bir hissəsinə çevrilməsi və böyükhəcmli məlumatların emalında regionda aparıcı yer tutması üçün geniş imkanlar yaradır”.
“Ən əsası isə bu mərkəz ölkədə data üzrə ixtisaslaşmış alimlərin, data və informasiya üzrə mühəndislərin və “big data”nın təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə təkan verəcək. Biz Təhsil Nazirliyi və ADA Universiteti ilə qurduğumuz əməkdaşlıqdan məmnunuq. Biz birlikdə data elmləri üzrə təcrübə də daxil olmaqla bir sıra sahələrdə iş bilgisinin, bacarıqların və səriştələrin inkişaf etdirilməsinə dəstək olmaq üçün çox işlər görə bilərik”, - deyə Q.Counz əlavə edib.
Qeyd edilib ki, ötən ildən həyata keçirilən bu layihə BP və tərəfdaşlarının ölkədə təhsilin inkişafına və iş bilgisinin artırılmasına dəstəyinin bir hissəsidir. Layihənin başlamasından ötən bir il ərzində data təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı daxil olmaqla bütün avadanlıqlar və resurslar, eləcə də, 30 iş terminalı quraşdırılıb, işçi heyətə təlim keçirilib və hazırda mərkəz fəaliyyət göstərməyə tam hazırdır.
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekan müavini Araz Yusubov isə mərkəzin ölkə və region üçün əhəmiyyətindən danışıb.
Bildirilib ki, ADA Universitetində “Big Data”nın Təhlili və data elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq. Bu da ölkənin data mütəxəssislərinə və “big data” üzrə analitiklərə olan ehtiyaclarının qarşılanmasına xidmət edəcək. Mərkəz, həmçinin daha geniş təsirə malik olacaq. O, dövlət təşkilatları və özəl sektorun təmsilçiləri üçün açıq olacaq və onlara öz resurslarından istifadə imkanı yaradacaq.
Layihənin icrasına 2016-cı ilin oktyabr ayında başlanılıb və ADA Universiteti tərəfindən həyata keçirilib. Layihənin dəyəri 410 min ABŞ dollarıdır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

