Bəhruz Quliyev: Cənub Qaz Dəhlizi Azərbaycana əlavə dividendlər gətirəcək
02.06.2018 [10:27]
“Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Bu, dünya neft-qaz sahəsində son vaxtlara qədər reallaşdırılan ən mühüm layihə olaraq tarixə yazıldı”.
Bu fikirləri “Trend”ə ekspert Bəhruz Quliyev Cənub Qaz Dəhlizinin mahiyyətini şərh edərkən deyib.
B.Quliyevin sözlərinə görə, artıq Avropanın enerji təhlükəsizliyini təmin edəcək bu layihə çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 6 ölkə və 11 şirkəti özündə əhatə edir: “Əbəs deyil ki, açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyinin təminatçısı olduğunu xüsusilə vurğuladı və qeyd olundu ki, iqtisadi qüdrəti olan ölkəmiz regional və s. layihələrdə həm təşəbbüskar, həm də iştirakçı rolunda uğurlar qazanır. Məhz Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi bu uğurların məntiqi nəticəsidir”.
Ekspert layihənin digər mahiyyətləri barədə də danışaraq bildirib ki, bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək: “Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Çünki son illər ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olaraq qalmaqdadır. Bu layihə Azərbaycan üçün yeni imkanlar açmaqla yanaşı, tərəfdaş ölkələrə də öz töhfələrini verəcək. Hələ Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində çıxış edərkən ölkə başçımız qeyd etmişdi ki, bu layihə tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Yəni bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Belə ki, bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Məhz bu amilləri də nəzərə alsaq, Azərbaycanın istər Avropa məkanında, istərsə də dünyadakı yeri daha aydın görünür”.
B.Quliyev son olaraq onu da bildirib ki, bu layihə yalnız Avropanın enerji təhlükəsizliyinin deyil, eləcə də ölkəmizin təhlükəsizliyinin təminatçısıdır: “Çünki iqtisadi qüdrətimiz buna imkan verir ki, Azərbaycandakı sabitlik, inkişaf, tərəqqi davamlı olsun. Ölkəmiz Cənub Qaz Dəhlizi layihəsini gerçəkliyə çevirərək daha böyük uğurlara qədəm qoydu ki, bundan da Azərbaycan xalqı, dövlətimiz öz bəhrəsini götürəcək”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34

