Maliyyə Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
22.06.2018 [09:09]
İyunun 20-21-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya departamentinin direktoru Verner Lipaxın başçılıq etdiyi nümayəndə heyəti və Kşatrapati Şivajinin rəhbərlik etdiyi bankın İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçirib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlər zamanı Samir Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, bank sektorunun gücləndirilməsi tədbirləri, büdcə-vergi siyasəti və maliyyə intizamının daha da gücləndirilməsi, həyata keçirilən infrastruktur və investisiya layihələri, ölkədə işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Ölkəmizin əlverişli nəqliyyat və logistika mövqeyi, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanlarından bəhs edən nazir bu günlərdə Azərbaycan və Türkiyədə rəsmi açılış mərasimləri keçirilən Cənub Qaz Dəhlizi, ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda böyük əhəmiyyət daşıdığını, bu tranzit və nəqliyyat xətlərinin region ölkələri üçün böyük imkanlar yaratdığını vurğulayıb.
AİB-ın Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyən ilk beynəlxalq maliyyə qurumu olduğunu xatırladan S.Şərifov bankın Azərbaycanda həyata keçirdiyi layihələrin dövlət və özəl sektorları əhatə etdiyini və dövlətin inkişaf strategiyalarına uyğun olaraq həyata keçirildiyini qeyd edib. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün ölkə rəhbəri tərəfindən hökumət qarşısında mühüm vəzifələr qoyulduğunu deyən nazir S.Şərifov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün Asiya İnkişaf Bankının öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə edib.
Azərbaycana səfərdə məqsədlərinin AİB-in fəaliyyətini müşahidə etmək, ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaqla bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etmək olduğunu bildirən İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Kşatrapati Şivaji ölkəmizdə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirib.
AİB rəsmləri Azərbaycanla bank arasında əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə edərək mühüm və etibarlı tərəfdaş kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində AİB-in öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıblar.
Görüşlər zamanı, həmçinin Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri, o cümlədən neft-qaz, avtomobil və dəmir yolları nəqliyyatı, energetika, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihələri, Kontrtsiklik Proqramının maliyyələşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

