/ / Dənizkənarı Milli Parkda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu stendlərin açılış mərasimi keçirilib
Dənizkənarı Milli Parkda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu stendlərin açılış mərasimi keçirilib
13.07.2018 [09:19]
İyulun 12-də IDEA İctimai Birliyi, BMT-nin İctimai İnformasiya Departamentinin birgə təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda “BMT-2030” Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu stendlərin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, rezident əlaqələndiricinin müavini Alessandro Frakasetti, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və 100-ə qədər gənc fəal iştirak edib.
Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, hazırda dünyada bəzi ölkələr və xalqlar müxtəlif əziyyətlərə məhkum olublar, iqtisadi cəhətdən bir çox dövlətlər geridə qalıblar, müxtəlif ölkələrdə insanlar aclıqdan, yoxsulluqdan əziyyət çəkirlər. Bir sıra yerlərdə xəstəliklər geniş yayılıb və bu da insanlar üçün məhdudiyyətlərə səbəb olur. Bəzi ölkələrdə təhlükəsizlik məsələləri ilə əlaqədar ciddi problemlər mövcuddur. Qaçqınlar problemi hazırda dünyanı narahat edən məsələlərdən birinə çevrilib. Beləliklə də BMT dünyamızın simasının dəyişdirilməsi, iqtisadi gerilikdən əziyyət çəkən dövlətlərin iqtisadi cəhətdən inkişaf etdirilməsi, yoxsulluqdan əziyyət çəkənlərin bundan xilas olması, xəstəliklərdən əziyyət çəkən ölkələrdə xəstəliklərin kökünün kəsilməsi və bütövlükdə dünyada iqtisadi inkişafın, ədalətin təmin edilməsi məqsədlərini 2030-cu ilədək hədəfə götürən 17 məqsəd və 169 hədəf müəyyənləşdirib. Azərbaycan da daxil olmaqla 2015-ci il sentyabrın 25-də BMT-nin 193 üzv dövləti “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edib. Prezidentin Sərəncamı ilə Azərbaycanda bu layihənin həyata keçirilməsi məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Hazırda BMT-nin 18 rezident və qeyri-rezident agentliyi Hökumətlə yaxından əməkdaşlığı davam etdirir və 17 Dayanıqlı İnkişaf Məqsədinə nailolma istiqamətində Azərbaycanın səylərini dəstəkləyir.
“Bizim istəyimiz ondan ibarətdir ki, həm dövlət, həm ictimai qurumlar, həm də vətəndaşlar bu məqsədlərin həyata keçirilməsinə cəlb edilsinlər”, - deyən Ə.Əhmədov bildirib ki, buna görə də təşviqat kampaniyası çox mühüm əhəmiyyət kəsb edir. Biz istəyirik ki, Azərbaycanın hər bir vətəndaşı dünyanın dəyişdirilməsi məqsədindən ibarət olan Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinin mahiyyətini dərk etsinlər. Qarşımızda duran vəzifələrin nədən ibarət olduğunu anlasın və öz imkanları çərçivəsində dövlətin və hökumətin bu istiqamətdə həyata keçirdiyi bütün vəzifələri dəstəkləməyə hazır olsunlar. Vətəndaşlarımız bilməlidirlər ki, bu məqsədlər nəyə xidmət edir, qarşıya qoyulan hədəflər nədən ibarətdir və bunların həyata keçirilməsi üçün onların üzərinə düşən vəzifələr nələrdir? Bu, çox maraqlı bir ideyadır. Dənizkənarı Milli Parkda gəzən insanlar Dayanıqlı İnkişaf Məqsədlərinin və hədəflərinin nədən ibarət olduğunu biləcəklər. Məqsədin bütün insanların həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarət olduğunu dərk edən insanlar təbii ki, bu ideyanın reallığa çevrilməsinə öz dəstəyini verəcəklər.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və hədəflər barədə danışan Qulam İshaqzai isə qeyd edib ki, Bakı sakinlərinin və turistlərin ən çox ziyarət etdiyi Dənizkənarı Milli Parkda belə stendlərin quraşdırılmasında məqsəd Azərbaycan ictimaiyyətinin və sıravi insanların BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə daha geniş məlumat əldə etməsidir. O bildirib ki, stendlər BMT-nin Azərbaycandakı nümayəndəliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və IDEA İctimai Birliyinin təşəbbüsü ilə quraşdırılıb. Stendlərdə 17 ümumbəşəri dayanıqlı inkişaf məqsədi əks olunub.
Qeyd edək ki, Dənizkənarı Milli Parkda təşkil olunmuş mərasim 2018-ci ildə IDEA İctimai Birliyinin BMT ilə birgə Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təşviq edilməsinə, xüsusən bu mövzuda ictimai maarifləndirilmənin artırılmasına yönəlmiş çoxsaylı tədbirlərdən biridir.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50

