/ / “Azərişıq” “ASAN xidmət” və “ASAN Kommunal” ilə abonentlərinə göstərdiyi xidmətlərdə yenilik edib
“Azərişıq” “ASAN xidmət” və “ASAN Kommunal” ilə abonentlərinə göstərdiyi xidmətlərdə yenilik edib
08.08.2018 [09:04]
“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə abonentlərə göstərdiyi xidmətlərdə yenilik edilib. Artıq evə və ya bağa elektrik enerjisi çəkdirmək vahid tariflə hesablanacaq, bir fazlı xətti üç fazlıya çevirmək yalnız “ASAN xidmət” vasitəsilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 7-də “Azərişıq”da keçirilən mətbuat konfransında ASC-nin perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Nazirlər Kabineti əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı qərar qəbul edib və həmin qərara əsasən, evinə, bağına və ya həyətinə 20 kilovata qədər mövcud 0,4 kilovoltluq şəbəkədən, 1 fazlı xətlə elektrik enerjisi çəkdirmək istəyən abonentlər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib: “Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb. Paralel olaraq “Azərişıq” ASC-nin ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə, artıq istehlakçıların enerji təchizatı sxemi dəyişdirilməsi - bir fazalıdan üç fazlıya və ya əksinə, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız və yalnız “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir”.
E.Rüstəmli bildirib ki, ümumilikdə ötən 7 ayda “Azərişıq” ASC-nin “ASAN” brendi vasitəsilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə çatdırılıb. Daha doğrusu, mart ayında “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə “Yük hesabatının hazırlanması” və “İstehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb. Həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyır: “Xüsusilə sıralamada 13-cü olan “İstehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidməti istehlakçılar üçün çoxdan gözlənilən xidmət hesab olunur. Çünki “Azərişıq” ASC-nin balansında olmayan istehlakçıların balansında olan elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələmələr, yanğınların qarşısının alınması və ya ortaya çıxan problemlərin aradan qaldırılması üçün bu xidmət olduqca vacib xidmətdir”.
“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə göstərdiyi 13 xidmət arasında heç şübhəsiz əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, başqa sözlə, abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri də xüsusi önəm daşıyır. Bu səbəbdəndir ki, “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. Həmçinin “Azərişıq” ASC-nin rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub. Bundan əlavə, sosial şəbəkələrlə iş intensivləşdirilib “Azerishiq ASC” adlı “facebook”, “azerishiq.az” adlı “instagram” səhifələrində bütün yeniliklər, tariflər yer alıb, hazırda şikayət və təkliflər qəbul edilir. ASC-nin əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN Kommunal” mərkəzlərində qəbul olunurdusa, ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24-ə endirilib”, - deyə E.Rüstəmli qeyd edib.
O məlumat verib ki, cari ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 11 min 500-dək evinə, bağına yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1700-dək obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib: “Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla, müraciətlərin böyük əksəriyyəti icra olunub. Ümumilikdə isə 7 ay ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib”.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

