Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qida Təhlükəsizliyi Agentliyi ölkəyə külli miqdarda at əti idxalının qarşısını alıb

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə külli miqdarda at əti idxalının qarşısını alıb

31.08.2018 [09:03]

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstanın “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycana ixrac edilən 33991,15 kiloqram dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb.
AQTA-dan AZƏRTAC-a bildirilib ki, təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.
“Bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl surətdə davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək”, - deyə Qida Təhlükəsizliyi Agentliyi bildirir.

Paylaş:
Baxılıb: 949 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30