Gəmiçiliyin 2016-2017-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub
29.09.2018 [10:25]
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) 2016-2017-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatı hazırlanıb.
AXDG-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, dayanıqlı inkişaf haqqında hesabat iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətin nəticələrini tam şəffaf açıqlayır, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, korporativ idarəetmə, personalın idarə olunması və sosial sahələrdə yerinə yetirilmiş işləri, əldə olunmuş nailiyyətləri əhatə edir.
Hesabat beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb, “Ernst&Young” şirkəti tərəfindən audit olunaraq müsbət rəy alıb, şəffaflıq prinsiplərinə uyğun AXDG-nin rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, AXDG fəaliyyətinin ilk günlərindən Azərbaycanda gəmiçilik sahəsində aparıcı beynəlxalq təcrübənin tətbiqinə, beynəlxalq standartların tələblərinə uyğun korporativ idarəetmə sisteminin təşkilinə ciddi diqqət ayırır və mütəmadi olaraq bu istiqamətdə işləyir.
Məhz gəmiçilik sahəsində şəffaflığın təmin edilməsi məqsədilə 2014-cü ildən beynəlxalq standartlara (MHBS və ya İFRS) uyğun tərtib edilmiş maliyyə hesabatları ilə yanaşı, AXDG-də ikiillik dövrü əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatların hazırlanmasına başlanılıb.
Gəmiçiliyin 2014-2015-ci illəri əhatə edən ilk Dayanıqlı inkişaf haqqında hesabatı 2016-cı ildə hazırlanıb, beynəlxalq audit şirkəti tərəfindən audit olunaraq müsbət rəy təqdim edilib və gəmiçiliyin rəsmi internet səhifəsində yerləşdirilib. Bununla da, AXDG Xəzər hövzəsində sosial korporativ məsuliyyəti üzrə fəaliyyətinə dair Dayanıqlı inkişaf haqqında hesabatını açıqlayan ilk gəmiçilik şirkəti olub.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

