/ / Humanitar Forum çərçivəsində Heydər Əliyev Mərkəzində innovativ məhsul və xidmətlər, startapçıların uğurlu tətbiqləri nümayiş olunur
Humanitar Forum çərçivəsində Heydər Əliyev Mərkəzində innovativ məhsul və xidmətlər, startapçıların uğurlu tətbiqləri nümayiş olunur
26.10.2018 [09:27]
Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyonu da fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva pavilyonla tanış olub.
İnnovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon “Robopark”, “İdeyadan Biznesə”, “Startaplar” və “Kommersiyalaşdırılmış layihələr” zonalarından ibarətdir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə pavilyonla tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verib ki, ümumilikdə pavilyonda robotiks kursları, dronlar, küləklə işləyən cihazlar, xilasedici, rəngləri tanıyıb müvafiq qaydada ayıra bilən, müxtəlif əşyaların yerini təyin edən robotlar nümayiş olunur. Pavilyonun kommersiyalaşdırılmış layihələr bölməsində Azərbaycanın rəqəmsal mədəni irsinin də təbliğ olunduğu “Google Art & Culture” beynəlxalq rəqəmli incəsənət və mədəniyyət platforması fəaliyyət göstərir. Belə ki, yüzlərlə təşkilat, müxtəlif tədbirlər, obyektlər, eləcə də bir neçə Azərbaycan muzeyinin rəqəmli kontentləri bu platformada cəmləşib. Bölmədə ziyarətçilərin diqqətini çəkəcək “Virtual cərrahiyyə” də təqdim olunur. Bu layihə rəqəmli texnologiyaların tətbiqi vasitəsilə bərpaedici cərrahiyyədə yüksək funksional və estetik nəticələr əldə etməyə imkan verir. Sözügedən layihələrin hər biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alıb və Yüksək Texnologiyalar Parkının rezidenti olan startap layihələridir.
Bundan başqa, pavilyonda “İdeyadan Biznesə” layihəsi çərçivəsində həm respublikanın ayrı-ayrı regionlarında, həm də Bakı şəhərində yerləşən ali təhsil ocaqlarından seçilən 3 qalib startapçı öz layihələrini təqdim edir. Bunlar “Xilaskar qolbaq”, “Ağıllı ev” və “Virtual tur” layihələridir. “Xilaskar qolbaq” insan təzyiqində qeydə alınan problemlərlə bağlı yaxınlıqdakı tibb məntəqələrinə və ya sahə həkimlərinə məlumatların ötürülməsini təmin edir. “Ağıllı ev” məişət cihazlarının məsafədən idarə olunmasına hesablanıb. “Virtual tur” isə onlayn rejimdə turizm obyektlərinin müəyyən edilməsi, bronlaşdırılması üzrə tətbiqdir.
Diqqətə çatdırılıb ki, xaricdə təhsil alan startapçılar da nazirliyin pavilyonunda öz məhsullarını təqdim etmək şansı qazanıblar. Belə ki, Estoniyada magistr təhsili alan startapçıların “ZoomX” şirkəti görmə qabiliyyətinin balanslaşdırılmasına xidmət edən eynəklərini nümayiş etdirir.
Layihə nəticəsində mobil tətbiqetmə vasitəsilə idarə olunan və istifadəçiyə eynəyin nömrəsini (-6; +3 aralığında) öz görmə qabiliyyətinə uyğun tənzimləməyə imkan verən “ZoomX” dəyişən fokuslu dinamik eynək prototipidir. Həmçinin monitor vasitəsilə məkanları müşahidə edə bilən virtual reallıq (VR) eynəkləri də təqdim edilir.
Pavilyonun digər eksponatı - avtomobil sürücüləri üçün nəzərdə tutulan “Wake me Up” tətbiqi logistika, sərnişindaşıma və uzaq məsafə qət edən sürücülər üçün faydalıdır. Proqram təminatı ilə işləyən rahat və innovativ qurğu insanların planlaşdırılmamış yuxulamasının qarşısını alır. Belə ki, göz qapağının hərəkətinə əsaslanan qurğu insanın yatmış və yaxud oyaq olmasını müəyyən edir. Əgər göz qapağı üç saniyədən artıq qapalı olarsa, bu, o deməkdir ki, insan yatıb. Bunu müəyyən edən sensor dərhal xüsusi alqoritmlə işləyən emal qurğusuna məlumatı göndərir.
Sərgidə təqdim edilən “Camtouch” tətbiqi isə kompüterin “mouse”u vasitəsilə istənilən statik şəkili hərəkətə gətirir.
Sosial əhəmiyyətli “Braille teach” cihazı görmə qabiliyyəti məhdud şəxslərin barmaq toxunuşu ilə əlifbanı öyrənməsini asanlaşdırır.
Pavilyon “InnoExpo” adı altında “İnnovasiyalar həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirlər zamanı da öz işini davam etdirəcək. Bu zaman sərgidə “Qlobal İnfluenser Günü”nün təşkilatçıları olan “Keepface DMCC” və “FA International Trade Events” tərəfindən innovativ startap layihələri və xidmətlər nümayiş olunacaq.
Qeyd edək ki, oktyabrın 26-30-da Heydər Əliyev Mərkəzində “Bilik İqtisadiyyatı - “Azərbaycanın İnnovasiya Yol Xəritəsi Layihəsinin təqdimatı”, “İdeyadan Biznesə” startap turunun finalı, “Qlobal İnfluenserlər Günü”, “AzInTelecom”dan təhlükəsiz bulud infrastrukturu” konfransları, “Baku Open Cyber Cup” kiberidman turniri, “Əqli mülkiyyət hüquqları” ilə bağlı seminar və “İKT karyera trendləri” konfransı keçiriləcək.
Xəbər lenti
Hamısına baxGündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33

