/ / Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin növbəti iclası keçirilib
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin növbəti iclası keçirilib
12.03.2019 [10:14]
Martın 11-də Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda ötən dövr ərzində görülən işlərlə bağlı üzv dövlətlərin nümayəndə heyətləri başçılarının hesabatları dinlənilib. Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri İ.Hüseynov bildirib ki, bu cür tədbirlərin təşkili Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük orqanlarının nailiyyətləri, yaranan problemlər və gömrük sahəsində həyata keçirilən islahatlarla bağlı məlumat, fikir mübadiləsi, eləcə də çoxtərəfli gömrük əməkdaşlığının inkişaf yollarının müzakirə edilməsi baxımından faydalıdır.
Qeyd edilib ki, mühüm yeniliklərdən biri Azərbaycan Prezidenti tərəfindən 2018-ci il dekabrın 21-də “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsidir. Məqsəd qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılması, biznesin dövlət tənzimlənməsi mexanizmlərinin səmərəliliyinin artırılması, könüllü riayət etmə mədəniyyətinin formalaşdırılması, risklərin qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməni daha çevik, şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, müasir idarəetmə prinsiplərinə əsaslanan məmur-sahibkar münasibətlərini inkişaf etdirmək, mövcud ehtiyatların daha səmərəli istifadəsini təmin etməkdir.
DGK sədrinin birinci müavini İ.Hüseynov onu da əlavə edib ki, “Şərq-Qərb” və “Şimal-Cənub” kimi mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanda tranzit prosedurlarının təkmilləşdirilməsi, infrastrukturun inkişafı, eləcə də tranzit təchizat zəncirlərinin təhlükəsizliyinin davamlı təmin edilməsi vacib şərtdir. Bu məqsədlərə nail olmaq üçün ölkə rəhbərliyi gömrük orqanları qarşısında Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya qoşulmaq, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə əsasən gömrük tranzit sisteminin inkişafı üçün tədbirlər görmək vəzifəsini qoyub. Bu vəzifəni yerinə yetirmək üçün 2017-ci il dekabrın 5-də Osloda Azərbaycana qeyri-rəsmi müşahidəçi statusu verilib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsi Avropa İttifaqının Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmağı nəzərdə tutan layihəni həyata keçirir. Layihə çərçivəsində Avropa İttifaqının ekspert qrupu qanunvericilik, informasiya texnologiyaları və inzibati idarəetmə sahələrində zəruri olan tövsiyələri əhatə edən hərtərəfli təhlil aparıb.
İ.Hüseynov vurğulayıb ki, Azərbaycanın xarici ticarətinin inkişafı ilə əlaqədar qonşu dövlətlərlə mal dövriyyəsinin artması müşahidə olunur. Bununla əlaqədar, nəzərdə tutulan yeniliklərdən biri sərhəddə nəqliyyat vasitələrinin yarada biləcəyi sıxlıqların aradan qaldırılması üçün sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin keçidini tənzimləyəcək elektron növbə sisteminin yaradılmasıdır. Artıq bu sistemin tətbiq edilməsilə bağlı müvafiq işlər görülür.
Diqqətə çatdırılıb ki, Azərbaycan gömrük sistemində işin optimallaşdırılması, nəzarət mexanizminin təkmilləşdirilməsi və işin mərkəzləşdirilmiş qaydada təşkili üçün struktur islahatlarıda keçirilib. Gömrük orqanlarında mövcud kadr potensialının rasional şəkildə istifadəsi üçün əməkdaşların biliyinin qiymətləndirilməsinə də böyük önəm verilir.
DGK sədrinin birinci müavini İ.Hüseynov onu da əlavə edib ki, Türkdilli Dövlətlərin Gömrük Xidmətləri tərəfindən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır. Bu baxımdan, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gömrük xidmətləri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması Şuraya üzv dövlətlərin gömrük qanunvericiliyinin pozulması ilə mübarizə sahəsində əməkdaşlığının inkişafına yeni istiqamət verəcək.
Sonra iclasda İpək Yolu Təşəbbüsü və “Karvansaray” layihəsi ilə bağlı texniki görüşün və üzv dövlətlərin gömrük-sərhəd buraxılış məntəqələrinə səfərlərin təşkilinə dair müzakirələr aparılıb. Tədbir zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq, tranzit sistemlərinin sadələşdirilməsi sahəsində əlaqələrin genişləndirilməsi, müvafiq milli və beynəlxalq təşkilatlarla birgə seminarların təşkil edilməsi məsələlərinə baxılıb.
Daha sonra üzv dövlətlər tərəfindən cari ildə təşkil ediləcək təlim proqramlarının cədvəli razılaşdırılıb və “Türk Şurası Müasir İpək Yolu Ticarət Karvanının Nümayiş Turu” adlı layihə barədə təqdimat nümayiş etdirilib.
Sonda isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin növbəti iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55

