/ / Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb
Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb
13.06.2019 [09:45]
İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub və çıxış edib.
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və tədbir iştirakçılarını salamlayan Novruz Məmmədov deyib: “Bugünkü tədbirdə siz - gömrük orqanlarının, sərhəd idarəçiliyi üzrə qurumların, işgüzar dairələrin nümayəndələri birlikdə gömrük işinin müxtəlif mövzularına həsr olunan aktual strateji yanaşmalarla bağlı müzakirələr aparacaqsınız. Konfransda sərhəd idarəçiliyinin, beynəlxalq ticarətin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsi kimi vacib məsələlər müzakirə olunacaq”.
Baş Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin ölkəmizin paytaxtında yerləşməsi, eləcə də Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini vəzifəsinə seçilməsi əməkdaşlığımızın yüksək səviyyəsini göstərir.
“Ümumdünya Gömrük Təşkilatının bu mötəbər tədbirinin Bakı şəhərində keçirilməsi təqdirəlayiq haldır. Bakı son illər mədəniyyətlər, sivilizasiyalararası dialoq, idman, enerji, nəqliyyat və digər sahələrdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu konfransın da Bakıda keçirilməsi ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsi sahəsində qazandığı etimadın göstəricisidir”, - deyə Novruz Məmmədov bildirib.
Baş Nazir deyib ki, Azərbaycan əlverişli coğrafi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin və informasiya magistrallarının kəsişdiyi məkanda yerləşir. Son illər respublikamız bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, regionda və ölkə daxilində irimiqyaslı infrastruktur layihələri həyata keçirir. 2008-ci ildən etibarən Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı işlərə başlanılıb. Artıq Azərbaycan müxtəlif təyinatlı 3 peykini orbitə çıxarıb və dünyanın kosmik ölkələr klubunun üzvüdür. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən diqqətin əyani təsdiqidir.
“Dövlət orqanlarında, o cümlədən gömrük sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə idarəçiliyin təkmilləşdirilməsi Azərbaycan üçün əsas vəzifələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları və islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin, rəqəmsal iqtisadiyyatın, elektron kommersiya və data-mərkəzlərinin, texnoloji parkların, biznes inkubatorların yaradılması, informasiya təhlükəsizliyinin təmini istiqamətində mühüm addımlar atılıb. Hörmətli qonaqlar, sizi Azərbaycanda bir daha salamlayır, konfrans və sərginin işinə uğurlar arzulayıram”, - deyə Novruz Məmmədov vurğulayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxışında tədbirin önəmini diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən mütərəqqi siyasət nəticəsində bu gün bütün sahələrdə olduğu kimi, gömrük işinin müasir idarəçilik prinsipləri əsasında təşkili istiqamətində də mühüm nailiyyətlər əldə olunub.
Səfər Mehdiyev qeyd edib ki, qlobal müstəvidə gömrük işi sahəsində tətbiq edilən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı qabaqcıl təcrübələrin öyrənilməsi üçün beynəlxalq əməkdaşlığın rolu vacibdir və Azərbaycan Gömrük Xidmətinin ÜGT ilə əməkdaşlığını bu mənada nümunəvi saymaq olar. DGK sədri vurğulayıb ki, bu gün Heydər Əliyev Mərkəzində ÜGT-nin ən böyük tədbirinin keçirilməsi heç də təsadüfi deyil. İlk dəfə olaraq ÜGT-nin həm özəl, həm də dövlət sektoru üçün nəzərdə tutulan iki tədbiri - İnformasiya Texnologiyaları Sərgisi, Texnologiyalar və İnnovasiyalar Konfransı birləşdirilərək vahid tədbir çərçivəsində təşkil edilib.
Komitə sədri bildirib ki, bu yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi işində qazandığı xüsusi rəğbət və etimadın göstəricisidir. Səfər Mehdiyev onu da qeyd edib ki, “SMART sərhədlər üçün yeni texnologiyalar, Ticarət, Səyahət və Daşımalar üçün yeni imkanlar” mövzusunda keçirilən konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədilə gömrük işi sahəsində blokçeyn texnologiyasından, süni intellektdən istifadə kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılacaq və tətbiq edilə bilən ən müasir texnoloji həllər barədə təqdimatlar keçiriləcək.
Daha sonra qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük uğurlar əldə edib. Azərbaycan gömrüyü tərəfindən tətbiq olunan elektron xidmətlər ölkədə ümumilikdə ən çox istifadə edilən elektron xidmətlər sırasındadır. Bu gün gömrük rəsmiləşdirilməsi proseslərinin tam avtomatlaşdırıldığını, gömrük bəyannamələrinin elektron formada təqdim edildiyini, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənməsi kimi xüsusi sosial əhəmiyyət kəsb edən xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğunu deyən komitə sədri, fürsətdən istifadə edərək tədbirin iştirakçı ölkələrini şəffaf statistika aparmağa və bu sahədə birgə layihələr həyata keçirməyə dəvət edib.
Öz növbəsində, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil Kang çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinə ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib.
Baş direktor bu tədbirin qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə və problemlərdən çıxış yollarını aramaqda kömək edəcəyinə əmin olduğunu bildirib, informasiya texnologiyaları sahəsindəki qabaqcıl təcrübələrdən danışıb.
ÜGT-nin Baş katibi Kunio Mikuriya isə bildirib ki, bugünkü konfrans aparıcı texnologiyaların və yeniliklərin mübadiləsi sahəsində yüksək səviyyədə təşkil edilib, tədbirdə ÜGT-nin qlobal texnologiyalar üzrə peşəkar ekspertlər qrupu iştirak edir. Əldə olunan nailiyyətləri bu tədbir çərçivəsində daha da inkişaf etdirmək niyyətində olduqlarını deyən Baş katib, tədbirdə daha çox ticarət, səyahət və nəqliyyat üçün yeni texnologiyalar mövzusunun seçildiyini diqqətə çatdırıb.
Kunio Mikuriya qeyd edib ki, bu gün elektron kommersiya və elektron ticarətin inkişafı müşahidə olunur və bu, bizim yaşam tərzimizdir. Süni intellekt, blokçeyn, əşyalar interneti və sair sərhəd-keçid məntəqələrində idarə edilməsi iqtisadi inkişafa səbəb ola bilər. Baş katib onu da bildirdi ki, biz ölkələrin təcrübə və fikir mübadiləsindən yararlanır və konfransda müzakirələr apararaq gələcəkdə bu sahəni inkişaf etdirə bilərik.
Daha sonra tədbir iştirakçıları texnoloji yeniliklər və avadanlıqların nümayiş olunduğu sərgiyə baxıblar.
Konfrans işini sessiyalarla davam etdirib. Sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi ilə bağlı mövzular müzakirə olunub.
ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi iyunun 14-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

