Elektrik ötürücülərinin təmirinə qanunsuz tikililər mane olur
11.02.2010 [02:40]
Bu gün Azərbaycan dünyanın o ölkələrindəndir ki, özünün enerji təhlükəsizliyini təmin etməyi bacarıb. Bu amil yenicə müstəqillik qazanmış ölkələrin, xüsusilə, planlı iqtisadiyyatdan, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatı, liberallaşdırılmış iqtisadiyyata keçid dövrünü yaşayan dövlətlərin inkişafında mühüm rol oynayır. Məhz Azərbaycan da postsovet məkanının bir hissəsi olaraq, söylənilən keçid dövrünü çox uğurla başa vurub. Ona görə ki, Azərbaycan hər şeydən əvvəl əhalinin enerji təchizatını təmin edən infrastruktur quruculuğunu həyata keçirib.
Məhz həyata keçirilmiş tədbirlər nəticəsində son illər Azərbaycanda əhalinin davamlı elektrik enerjisi və təbii qazla təmin olunması istiqamətində böyük nailiyyətlər əldə olunub, yaşayış məntəqələrində elektrik enerjisi təchizatı ilə bağlı mövcud problemlər aradan qaldırılıb.
Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramları əsasında ölkədə fəaliyyət göstərən elektrik stansiyaları müasirləşdirilib, onların enerji hasil etmək imkanları genişləndirilib, yeni modul tipli elektrik stansiyaları fəaliyyətə başlayıb, ölkənin enerji potensialı 6400 MVt-dək artırılıb. Dövlətimizin başçısı ötən il Sumqayıt ictimaiyyəti qarşısında çıxış edərkən, məhz enerji məsələsinə toxunaraq, söyləmişdi ki, son 4 il ərzində Azərbaycanın enerji potensialı 30-40 faiz artırılıb: “Son illər ərzində Azərbaycanın enerji potensialının gücləndirilməsi işində çox böyük addımlar atılıb. 2006-2009-cu illərdə, Azərbaycanda on yeni elektrik stansiyası tikilmişdir. Azərbaycanda ümumi stansiyaların sayı isə on doqquzdur”.
Bir sözlə, hazırda insanlar gündəlik fasiləsiz elektrik enerjisi ilə təmin olunmaqla, görülən işlərin müsbət nəticəsini gündəlik həyatlarında hiss edirlər. Lakin dünya təcrübəsi göstərir ki, görülən işlərin miqyasından asılı olmayaraq heç bir ölkə, o cümlədən də, Azərbaycan təbiətin yaratdığı çətinliklərdən sığortalanmayıb. Avropa ölkələrində, hətta dünyanın super dövləti sayılan ABŞ-da belə kəskin hava şəraiti çeşidli problemlər yaradıb.
O da məlumdur ki, havaların sərtləşməsi, güclü qar yağması və küləklə əlaqədar Bakı və respublikanın bölgələrinin enerji təchizatında problem yaranıb, şəhər, rayon və digər yaşayış məntəqələri, strateji əhəmiyyətə malik obyektlər işıqsız qalıb, ölkə iqtisadiyyatına ziyan dəyib. Eyni zamanda problemlərin aradan qaldırılması ilə bağlı əlaqədar dövlət orqanları tərəfindən operativ tədbirlər həyata keçirilib, qəzanın səbəbləri müəyyənləşdirilib və qısa zaman ərzində aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.
Həmin tədbirlərin nəticəsi olaraq, ölkədə elektrik enerjisinin verilməsi bərpa edilib. Amma baş vermiş hadisənin səbəblərinin araşdırılması, mövcud problemlərin aradan qaldırılması məsələsi artıq günün reallığına çevrilməkdədir. “Azərenerji” ASC-nin yaydığı məlumatda bildirilir ki, çovğun zamanı “Azərenerji” naqillərin açılmasının qarşısını ala bilsə də, yaranmış zədələnmələri aradan qaldıran zaman ciddi maneələr yaranıb. Belə ki, 1960-cı illərdə tikilən bu xətlərin şəhəri normal enerji ilə təmin etmək üçün gücü çatmır. Bununla bağlı Asiya İnkişaf Bankı ilə müqavilə imzalanıb və Mingəçevir xətlərinin davamı kimi iki xəttin tikilməsi nəzərdə tutulub. Amma bu xətləri çəkməyin özü artıq böyük problemdir. çünki xətt çəkmək üçün yol yoxdur, hətta xətlərin altı da tutulub. Belə ki, qəzaların baş verdiyi yerlərə nəzər saldıqda bəlli olur ki, elektrik enerjisinin şəhər və rayonlara ötürülməsini həyata keçirən xətlər tamamilə, qanunsuz tikililərin mühasirəsində qalıb.
Bütün bunlar, daha dəqiq desək enerji təchizatında yaranmış problem isə onu deməyə əsas verir ki, çətinliklər təkcə təbiətin sürprizləri ilə əlaqədar deyil, məsələnin mürəkkəbləşməsində insan amili də böyük rol oynayıb. Məlum olduğu kimi, dövlət orqanları dəfələrlə yüksəkgərginlikli elektrik xətlərinin, həmçinin, neft və qaz kəmərlərinin keçdiyi ərazilərdə evlərin, müxtəlif obyektlərin tikildiyini bildirib və bunun yolverilməz olduğunu bəyan ediblər. Təcrübə göstərir ki, elektrik enerjisi xətlərinin altında, həmçinin, neft və qaz kəmərlərinin üzərində qeyri-qanuni tikilmiş obyektlər vaxtlı-vaxtında təmir işlərinin aparılmasına, profilaktik tədbirlərin görülməsinə maneə törədirlər. Xüsusilə, qəza baş verən zaman həmin ərazilərdə operativ təmir işlərinin aparılması ciddi problemə çevrilir. Belə olan təqdirdə, baş vermiş qəzaların aradan qaldırılması işini cavabdeh qurum necə həyata keçirməlidir?
Fevralın 9-da baş vermiş qəza isə bir daha göstərdi ki, yüksəkgərginlikli elektrik xətlərinin altında və yaxınlığında tikilmiş evlər və digər obyektlər 60-70-ci illərdə quraşdırılmış ötürücülərin vaxtlı-vaxtında dəyişdirilməsində ciddi maneəyə çevriliblər. “Azərenerji” ASC-nin ağır texnikası, əməkdaşları elektrik dirəklərinə yaxınlaşmaqda, müvafiq təmir işləri görməkdə çətinlik çəkirlər. Hətta qəza zamanı operativ tədbirlərin görülməsi çətinləşir.
Bu da bir həqiqətdir ki, yüksək gərginliyə malik elektrik xətlərinin altında və yaxınlığında, təbii qaz və neft kəmərləri üzərində yaşayan insanların həyatı daim təhlükə altındadır. Bir tərəfdən enerjidaşıyıcılarının yaratdığı neqativ fon, digər tərəfdən isə, qəza ehtimalı insanları ciddi təhlükə qarşısında qoyur. Digər tərəfdən, yüksəkgərginlikli enerji xətlərinin altında və ya ətrafında tikilmiş evlərdə məskunlaşmış insanlar, bu ailələrdə yaşayan azyaşlı uşaqlar müxtəlif xəstəliklərə səbəb ola biləcək təhlükələrlə üz-üzədirlər. Əlbəttə ki, bu öz-özlüyündə gənc nəsil üçün böyük problemlər yarada bilər...
Sonda isə onu qeyd edək ki, xarici ölkələrdə enerjidaşıyıcılarının altında, üzərində və ya yaxınlığında müxtəlif obyektlərin, xüsusilə, evlərin tikilməsinə, insanların yaşayışına qətiyyən icazə verilmir. Həmin xətlər dövlət orqanları tərəfindən qorunur. Təmir işlərinin aparılması və ya qəzanın nəticələrinin aradan qaldırılmasına maneçilik müvafiq məsuliyyət törədən hal hesab olunur.
Görünür artıq Azərbaycanda da bu sahədə müvafiq tədbirlərin görülməsi zamanı çatıb. ölkənin, əhalinin enerji təhlükəsizliyinin təmin olunması üçün enerjidaşıyıcılarının mühafizəsi təşkil olunmalı, onların toxunulmazlığına, həmçinin, təmir işlərinin aparılması və qəzaların aradan qaldırılmasına maneə yaradan problemlər həll edilməlidir. Yüksəkgərginlikli elektrik xətlərinin altında və yaxın ətrafında, neft və qaz kəmərlərinin üzərində və yaxınlığında yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi, onların sağlamlığının qorunması üçün əməli tədbirlər görülməlidir. Enerjidaşıyıcılarının ətrafında qeyri-qanuni ev tikib və məskunlaşmış insanlar müvafiq yerlərə köçürülməlidir. Həmçinin, həmin ərazilərdə icra orqanlarının müvafiq icazəsi əsasında məskunlaşmış insanların məsələsinə baxılmalı və zəruri tədbirlər görülməlidir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

