Adil Əliyev: Sumqayıt Kimya Sənaye Parkı unikal bir layihədir
19.09.2020 [00:11]
Bugünkü əmək bazarının dəyişən tələb və meyillərinə uyğun olaraq ölkəmizdə peşə təhsilinə qarşı maraq artır və bu təhsil sahəsinin modernləşdirilməsi prosesi sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib ki, hələ 2016-cı ildə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərə cavab verməsinin təmin edilməsi istiqamətində peşə təhsilinin inkişafı prioritet sahələrdən biri elan edildi. Onun genişləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edildi. Gənclər arasında peşə təhsilinə marağın artırılması və ixtisaslı işçi qüvvəsinin formalaşması sahəsində bu Strateji Yol Xəritəsi qarşıya qoyulmuş əsas tələblərdən birinə çevrildi. Əmək bazarında özəl sektorun peşə təhsilli işçilərə marağını nəzərə alaraq, işəgötürənlərin də peşə təhsili olan kadrlara tələbini sürətləndirmək əsas hədəf olaraq müəyyən edildi.
Artıq bu sahənin inkişafı ilə bağlı PPP (Public Private Partnership) proqramları əsasında peşə təhsilinin inkişafında dövlət və özəl sektorun əməkdaşlığı başlanıb. Peşə təhsilində inkişafın təmin edilməsi ilə bağlı Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də digər rayonlarda yerləşən peşə təhsili müəssisələrinin rasionallaşdırılması, müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir.
Peşə təhsilinə marağın artması fonunda Cənubi Koreya ilə birlikdə KOİCA proqramına uyğun olaraq 38 milyon manat nizamnamə fondu olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi quruldu. Peşəyə uyğun marağın artması baxımından əyaniliyi artırmaq üçün mərkəz yeni model avadanlıqlarla təmin edilib. Təhsilin formal, qeyri-formal olmasından asılı olmayaraq, burada əsas gələcək işçinin ixtisaslı olmasıdır. Burada ən əsas şərt isə gənclərin gələcəkdə fəaliyyət göstərəcəyi sahənin növündən asılı olmayaraq ixtisaslı mütəxəssis olaraq yetişdirilməsidir.
Bu yaxınlarda ölkəmizdə peşə təhsilinə olan marağın artmasının əyani bir nəticəsini gördük. İlk dəfə olaraq Sumqayıt Kimya Sənaye Parkının daxilində Peşə Təhsil Mərkəzi yaradıldı. Bu da bir neçə strateji hədəfə nail olunması deməkdir. Birincisi, tələbələr müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri öyrənir. İkincisi, tələbələrin praktik təcrübə toplamaq məqsədilə ayrı-ayrı müəssisələrə göndərilməsinə ehtiyac qalmır. Üçüncüsü, tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar.
Sumqayıt Kimya Sənaye Parkı olduqca unikal bir layihədir. Belə ki, Park yaradıldıqdan sonra bir çox istehsal müəssisələri parkın daxilində fəaliyyətə başlayıb. Təbii ki, sənaye parklarının yaradılmasında məqsəd, ilk növbədə, ölkənin idxala olan tələbatının ilkin mərhələdə qarşısının alınması, yerli tələbatı ödədikdən sonra ixrac potensialının qiymətləndirilməsi, rentabelli hesab edildikdə ixracın təmin olunmasıdır. İxrac həm də ona görə mühümdür ki, bu sahədən əldə edilən gəlir tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əsasdır. İxracın nəticəsində ölkəmizə xaricdən əlavə valyuta gəlir, hansı ki, bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanması daha çox neft-qaz sektorunun üzərinə düşür.
“Hesab edirəm ki, bu sahələrin inkişafında sahibkarlar da fəaliyyətlərini genişləndirməlidirlər. Xüsusilə, xaricdə yaşayan azərbaycanlı iş adamları mövcud vəziyyəti qiymətləndirməli və Azərbaycana vəsait qoymalıdırlar. Təkcə ona görə yox ki, Azərbaycan onların vətənidir və hər zaman da doğma ölkələrinin dəstəyini hiss edirlər, həm də ona görə ki, ölkəmizdə onlar üçün kifayət qədər cəlbedici və gəlirli sahələr var. Öz ölkələrinə investisiya qoymaq da vətənpərvərlik hissinin yüksək əlamətlərindən biridir”, - deyə Milli Məclis Sədrinin müavini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

