/ / Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
25.09.2020 [08:32]
Şirkətin dəstək verdiyi tədbirə dünyanın hər nöqtəsindən iştirakçılar qatılıb
İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı “Bərabərliyin iki tərəfi var” devizi ilə bugun öz işinə başlayıb. Bu il ADA Universitetinin təşkilatçılığı və ev sahibliyi, “ACM-W” Avropa təşkilatçılığı, “Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı və “Qızıl Sponsor”luğu, Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə keçirilən toplantıya dünyanın hər yerindən yüzlərlə iştirakçı qatılıb.
“womENcourage” beynəlxalq toplantısının açılış mərasimində yeni seçilmiş ACM Prezidenti, professor Gabriele Kotsis, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal və “ACM-W” Avropa təşkilatının sədri Ruth Lennon salamlama nitqi ilə çıxış ediblər.
Tədbirin ilk günündə dünyanın ən iri telekommunikasiya şirkətlərinin nümayəndələri tərəfindən “Böyük verilənlər analitikasının böyük vədləri” mövzusunda məruzələr təqdim olunub. Dörd gün davam edəcək beynəlxalq toplantının növbəti günlərində “Süni intellekt: alqoritmlərdən etikaya” mövzusunda təqdimatlarla yanaşı, panel müzakirələri də aparılacaq.
Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların tədqiqat işlərinin təqdimatı da daxil edilib. Belə ki, “womENcourage”də dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edən tələbələrin 30 posteri təqdim olunacaq.
Tədbirin üçüncü günündə “womENcourage 2020” iştirakçıları üçün karyera yarmarkası təşkil ediləcək. Tələbələr müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə görüşərək mövcud vakansiyalardan yararlana biləcəklər. Azercell şirkəti də öz növbəsində iştirakçılara mövcud vakansiyalar barədə məlumat təqdim edəcək. İnformatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edən konfransın sonunda 100-ə yaxın iştirakçı haker marafonunda (“hakathon”) yarışacaq. Hakafon zamanı haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq uğrunda mübarizə aparacaqlar. Azercell şirkətinin Big Data və Təhlillər departamentinin Data Mühəndisliyi şöbəsinin rəhbəri Rəhim Əhmədov bu yarışmanın münsifi qismində iştirak edəcək.
Bu il Azercell-in Rəqəmsal Tərəfdaşlığı və “Qızıl Sponsor”luğu ilə baş tutan “womENcourage” hər dəfə dünyanın müxtəlif ölkələrində keçirilir. Beynəlxalq tədbirin əvvəlki görüşləri İtaliya, Serbiya, İspaniya, Avstriya, İsveç və Birləşmiş Krallıqda baş tutub. “womENcourage” texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, informatika sahəsinə daha çox cəlb olunmasına çalışan hər kəsi bir araya gətirməklə onların fərdi inkişafına kömək edir. Bu konfrans iştirakçıları dünya üzrə informatika sahəsində tanınmış mütəxəssislərin təcrübəsi ilə tanış olur, praktiki biliklər qazanır, həmçinin də özlərini təqdim etmək imkanı əldə edirlər. Bununla yanaşı, konfrans informatika sahəsində təmsil olunan xanımların işlə təmin olunmasına da yardımçı olur.
Qeyd edək ki, Azercell Telekom Azərbaycanda məktəbli və tələbələrin müxtəlif sahələrdə, xüsusilə informatika ilə bağlı bilik və bacarıqlarının artırılmasına yönələn layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Azercell Telekom-un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər və bu nüfuzlu yarışmada bürünc medal qazanıblar. Azercell azərbaycanlı şagirdlərin kompüter bilikləri sahəsində ən nüfuzlu yarışmalardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirakını hər il dəstəkləyir. Artıq bir neçə ildir ki, şirkətin elan etdiyi Tələbə Təqaüdü proqramı çərçivəsində yerli universitetlərdə İKT sahəsində təhsil alan və fərqlənməyi bacaran gənclərə aylıq təqaüdlər təqdim olunur. İndiyədək Azercell-in dəstəyilə gənclərin informasiya kommunikasiya texnologiyaları sahəsində inkişafına kömək edən yüzlərlə layihə həyata keçirilib. Şirkət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.
7-ci beynəlxalq “womENcourage” virtual toplantısı sentyabrın 27-dək davam edəcək. Tədbir haqda daha ətraflı https://womencourage.acm.org/2020/ tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24

