/ / Aqrar Subsidiya Şurası gələn il subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə kvotalarını açıqlayıb
Aqrar Subsidiya Şurası gələn il subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə kvotalarını açıqlayıb
14.12.2020 [16:36]
Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, baza məbləği 200 manat olmaqla 2021-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləğinin aşağıdakılar istisna olmaqla 2020-ci il eyni saxlanılıb:
Fermerlərdən gələn təkliflər nəzərə alınaraq fındıq bitkisi üzrə dövlət dəstəyi Ağdaş, Tovuz, Tərtər, Şamaxı, Yardımlı rayonlarında salınan fındıq bağlarına da şamil ediləcək. Ötən il fındıq bitkisi üzrə əkin subsidiyası yalnız Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Şabran, Şəki rayonlarında salınan bağlara şamil edilirdi.
Qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof bitkiləri üzrə yay ayları (1 iyun-31 avqust) ərzində aparılacaq təkrar əkinlərə 60 manat/ha əkin subsidiyası veriləcək.
Altı növ meyvə bitkisi üzrə yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası veriləcək. Qeyd olunan birdəfəlik subsidiya 2021-ci ildə salınacaq limon bağlarına 11000 manat/ha, portağal, naringi bağlarına 9000 manat/ha, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına 4400 manat/ha təşkil edəcək.
İntensiv və yarıintensiv gərzəkli və digər meyvə bağları üzrə əkin subsidiya məbləği eyniləşdirilərək bağın salındığı ilk 4 il ərzində 700 manat/ha, digər illər üzrə 240 manat/ha olaraq ödəniləcək.
Buğda bitkisi üzrə əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə 2020-ci ildə olduğu kimi 200 manat əkin subsidiyası veriləcək. Əkin sahələrinin 20 hektardan çox olan hissələrinə əkin subsidiyası məbləği isə 160 manat müəyyən edilib. Yonca bitkisi üzrə əkin subsidiya məbləği 2020-ci ildən fərqli olaraq 50 manat müəyyən olunub.
Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası üzrə əmsallar, toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) 2020-ci ildə olduğu kimi saxlanılıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

