Sahibkarlara verilən kreditlərin həcmi artırılacaq
20.07.2010 [11:00]
Azərbaycan hökumətinin həyata keçirdiyi mükəmməl iqtisadi siyasət bütün bölmələrdə olduğu kimi, sahibkarlıq sektorunda da dinamizmi dərinləşdirib. 2010-cu ilin əvvəllərindən başlayaraq hökumətin sahibkarlara maliyyə dəstəyini gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması bu sahədə inkişaf meyillərinin müşahidə olunmasına səbəb olub. Bu tendensiya həm sahibkarlıqla məşğul olmaq istəyənlərin sayının, həm də həyata keçirilən investisiya layihələrinin miqyasının genişlənməsini stimullaşdırıb.
2010-cu ilin birinci yarısında bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditlə təmin edilməsi ilə bağlı keçirilən kredit yarmarkalarının sayı da çoxalıb. ötən müddət ərzində Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, İmişli, Saatlı, Tovuz, Qazax, Gəncə, Şəmkir, Göygöl, Samux, Şəki, Zaqatala, Qax, Balakən, Lənkəran, Masallı, Biləsuvar, Yardımlı, Hacıqabul, Sabirabad, Şirvan, Füzuli və digər rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri güzəştli kreditlərlə təmin olunub. ümumiyyətlə, ilk altı ayda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 560 sahibkarlıq subyektinə 48,4 milyon manat, o cümlədən, dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilib. Həmin vəsaitlərin 74 faizi aqrar infrastruktur sahələrinin (soyuducu və taxıl anbarları kompleksləri) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilib.
ölkəmizdə sahibkarlıq sektorunun inkişafına dövlətin diqqət və qayğısının hər il artdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün gözəl şərait var. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan edib ki, qarşıdakı aylarda sahibkarların maliyyə vəsaitləri ilə təmin olunması daha da gücləndiriləcək: “Sahibkarlığa Kömək Milli Fondu hesabından kreditlərin ayrılması daha da sürətli getməlidir. Bu gün burada məlumat verildi ki, artıq ilin əvvəlindən müəyyən məbləğlər verilibdir, ancaq əsas məbləğ hələ ki, bölünməmiş qalır. Hesab edirəm ki, üçüncü rübdə kreditlərin əksəriyyəti verilməlidir ki, heç olmasa ilin sonuna qədər sahibkarlar bu il onlardan istifadə edə bilsinlər. Bu proqram artıq bir neçə ildir ki, aparılır və bu, çox səmərəli təşəbbüsdür. Artıq verilən kreditlərin məbləği qayıdır və o qayıdan məbləğ yenidən işə salınır və beləliklə, biz böyük bir məbləği əldə etmişik. Bu il 100 milyon manatdan çox kreditlər veriləcəkdir. Gələn il yəqin ki, bu məbləğ artacaqdır”.
Hazırda hökumətin həyata keçirdiyi siyasət sahibkarlığa dövlət himayəsinin gücləndirilməsinə, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Dövlət Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri ilə yanaşı, digər maliyyə mənbələri, eləcə də, maliyyə-kredit təşkilatlarının, bankların, Kənd Təsərrüfatı üzrə Kredit Agentliyinin və digər qurumların güzəştli şərtlərlə verilən kreditləri hesabına 100-lərlə sahibkarın maliyyə təminatı yaxşılaşdırılacaq. Beləliklə, bu il ölkəmizdə sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması üçün davamlı tədbirlər həyata keçiriləcək.
Prezident İlham Əliyev sahibkarların ölkə iqtisadiyyatında aparacı mövqeyə malik olmasını bildirərək onların dinamik inkişafda daha aktiv iştirak etməsini də tövsiyə edib: “Biz sahibkarlara da tövsiyə edirik ki, onlar hansı sahələrdə bu kreditlərdən istifadə etsinlər. Xüsusilə, bildiyiniz kimi, bu il biz sahibkarları daha çox soyuducu anbarların və taxıl anbarlarının tikintisinə yönəltmişik. Demək olar ki, qısa müddət ərzində hər bir bölgədə müasir soyuducu kameralar tikilibdir. Hələ ki, bu kameraların tikintisinə böyük ehtiyac var. Hesab edirəm ki, biz bu il və gələn il bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Bu kreditlər də çox yaxşı işləyir və bölgələrdə kənd təsərrüfatı, emal sənayesi, turizm sahələrində aparılan işlərin çox önəmli hissəsi bu kreditlər hesabına baş verir. Beləliklə, kreditlərin verilməsi prosesi daha da sürətlə aparılmalıdır”.
Sahibkarlara verilən kreditlər bölglərdə yüzlərlə yeni müəssisənin yaradılmasına səbəb olacaq və bu tədbirlərin həyata keçirilməsi respublikamızda minlərlə yeni iş yerinin açılması təmin edəcək. Qeyd edək ki, təkcə ötən il verilmiş kreditlər hesabına 8500-ə yaxın yeni iş yerinin yaradılıb. Bu il isə həmin vəsaitlərin istifadə olunması nəticəsində 10 minə yaxın iş yerinin yaradılması proqnozlaşdırılır. Həmin layihələrin böyük əksəriyyəti, 90 faizdən çoxu bölgələrdə reallaşacaq. Bu faktor regionların inkişafına öz töhfəsini verməklə yanaşı, iqtisadi fəal əhalinin daha çox rayonlarda cəmləşməsinə səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25

