Azərbaycan Avropanın diqqət mərkəzində...
06.03.2022 [09:42]
Ədalətli və proqnozlaşdırılan enerji siyasətinə görə
Mübariz ABDULLAYEV
Dünya hələlik sonu görünməyən Rusiya-Ukrayna müharibəsinin fəsadları ilə üz-üzədir. ABŞ və Qərb dövlətləri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sərt sanksiyaların qlobal iqtisadiyyata mənfi təsirləri getdikcə daha aydın hiss olunur. Müharibənin reallıqları fonunda Avropanın enerji təhlükəsizliyinə, xüsusilə də “mavi yanacaq” təchizatına yaranan təhdidlər “qoca qitə”nin qapısını getdikcə daha sərt şəkildə döyür. Son günlərdə Avropada qazın qiymətinin rekord səviyyədə bahalaşması bunu əyani şəkildə təsdiqləyir. Hazırda “qoca qitə”də qazın 1 000 kubmetrinin qiyməti yenidən 2 min dolları ötüb ki, bu da psixoloji həddin, ən pis ssenarilər üçün proqnozların aşılması deməkdir.
Avropada Azərbaycana artan inam
Vəziyyəti gərginləşdirən o amildir ki, bu gün Avropanın enerji təhlükəsizliyində sanksiyalar tətbiq olunan Rusiyanın 40 faizlik payı var. Sanksiyalarla üzləşən Rusiyanın Ukrayna ərazisindən Avropaya ötürdüyü qazın həcmini azaltması və yaxud tamam dayandırması gözləniləndir. Eyni zamanda, “qoca qitə”nin özündə də Rusiyaya təzybqləri ahtırmaq üçün bu ölkədən qaz idxalının dayandırılması ilə bağlı müzakirələr aparılır.
Bəhs olunan reallıqlar fonunda nəzərlər həm də Azərbaycana dikilib. Avropanın ayrı-ayrı ölkələri respublikamızla enerji əməkdaşlığını genişləndirməyə səy göstərirlər. Deyə bilərik ki, son vaxtlarda “qoca qitə”nin enerji təhlükəsizliyi məsələləri Azərbaycanda müzakirə olunur. Mart ayının əvvəlində Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal, “Transgaz” və “Romgaz” şirkətlərinin rəhbər şəxsləri respublikamızda səfərdə olublar. Martın 3-də Moldova Prezidenti Maya Sandu ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığında yenə də digər mövzularla yanaşı, enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi aparılıb.
Təxminən bir ay əvvəl isə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi olaraq diqqətə çatdırılıb.
Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələri yüksək dəyərləndirib.
Azərbaycanın “qoca qitə”yə qaz nəqlini artırmaq imkanları
Avropanın artan risklər fonunda özünün enerji təhlükəsizliyinə yönələn təhdidlərdən sığortalanmaq üçün Azərbaycana üz tutması təsadüfi deyil. Rspublikamızla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq vaxt keçib. Ötən dövrdə Azərbaycan özünün ədalətli enerji siyasətinə həmişə sadiq qalıb. Ölkəmizin enerji siyasəti, ilk növbədə, ardıcıllığı, etibarlılığı və proqnozlaşdırıla bilən olması ilə səciyyələnir ki, bunlar da partnyorlar tərəfindən yüksək dəyərləndirilir.
Azərbaycana inamı artıran digər amillər də var. Azərbaycan böyük uzaqgörənlik nümayiş etdirərək alternativ nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Bunlar Avropanın enerji təhlükəsizliyi üçün çox vacib amillərdir.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) 2020-ci ilin dekabrında tam hazır vəziyyətə gətirildi. Ötən il Avropa bu marşrutla Azərbaycandan 8 milyard kubmetrdən çox “mavi yanacaq” aldı. Cari ildə bu həcmin 10 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Respublikamız Avropanın ehtiyaclarına uyğun olaraq “qoca qitə”yə ixracı artırmaq niyyətindədir və bunun üçün böyük imkanlara malikdir. Hazırda “Şahdəniz” yatağının istismarı genişləndirilir. Paralel şəkildə, “Ümid”, “Babək”, “Abşeron” yataqların da istismara hazırlanması intensiv şəkildə davam etdirilir.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08

